"Xaçatryan hay-küyü Ermənistanın cinayətkarlığı, soyqırımını dəstəklədiyini sübut etdi"

"Xaçatryan hay-küyü Ermənistanın cinayətkarlığı, soyqırımını dəstəklədiyini sübut etdi""Xaçatryanın həbsindən sonrakı hay-küy Ermənistanın cinayətkarlığı, soyqırımını dövlət səviyyəsində dəstəklədiyini sübut etdi".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

"Bu danılmaz həqiqətdir ki, ermənilər tarixin bütün mərhələlərində Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirib. Ötən əsrin 90-cı illərinin əvvəllərində isə mənfur düşmənlərimiz demək olar, hər sərhəd rayonunda vəhşiliklər törətməklə kütləvi qırğına yol veriblər. Belə cinayətlərdən bir də 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində törədilib", - deputat vurğulayıb.

V.İskəndərov qeyd edib ki, erməni qatillər və cəlladlar Azərbaycana qarşı öz vəhşiliklərini bütün mərhələlərdə davam etdiriblər:

"Qeyd olunduğu kimi, ən yeni tariximizdə yaşanan və Ağdaban kəndində törədilən soyqırımı da həmin qəbildəndir. Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətindən verilən məlumatda da bildirilir ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası həyata keçirilib. Eyni zamanda, həmin vaxt ermənilər tərəfindən kənd sakinləri qətlə yetirilib və dövlətə məxsus çoxsaylı əmlak məhv edilib, böyük ziyan vurulub. Bununla Azərbaycana həm də külli miqdarda maddi ziyan dəyib".

Deputat deyib ki, 44 günlük Vətən müharibəsində öz topraqlarını düşmən işğalından azad edən Azərbaycan, həmçinin, xalqımıza qarşı törədilən cinayətlərin təşkilatçısı və iştirakçılarının məhkəmə qarşısında cavab verməsi üçün davamlı addımlar atır:

"Bəlli olduğu kimi, Meşəlidə törədilən cinayətlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir. Məhz bu kontekstdə bu günlərdə Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri saxlanılıb. İstintaqla müəyyən edilib ki, qeyd olunan tarixdə 1955-ci il təvəllüdlü, Azərbaycan vətəndaşı, keçmiş Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçatryan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən, odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib azərbaycanlı milliyyətindən olan 25 nəfəri öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli xəsarətlər yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıblar".

Prokurorluq orqanlarının yaydığı məlumata istinad edən millət vəkili deyib ki, Xaçatryan Vaqif Çerkezoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə Azərbaycana 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub:

"Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib. Lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçatryan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən dövlət sərhədinin "Laçın" sərhəd-keçid məntəqəsində saxlanılıb. Vaqif Xaçatryanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardımın göstərilməsi, həmçinin BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılması təmin ediləcək".

V.İskəndərov bildirib ki, bu fakt bir daha Azərbaycan dövlətinin qətiyyətini, qərarlılığını bütün dünyaya göstərib:

"Eyni zamanda, bu fakt Ermənistanın cinayətkarlığı, soyqırımını dövlət səviyyəsində dəstəklədiyini sübut edir. Hər halda Ermənistan tərəfinin cinayətkar Vaqif Xaçatryanın həbsindən sonra yaratdığı hay-küy məhz belə deməyə əsas verir. Lakin bu cəhdlər əbəsdir. Xalqımıza qarşı cinayət törətmiş hər bir kəs gec-tez məhkəmə qarşısına çıxarılacaq".


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1592   Tarix: 30 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni

29 sentyabr
.

İsrail ordusunun itkiləri 604 nəfərə çatıb

Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz

7 aprel 2024
.

Peskov: "Rusiyaya diversantların hücumları dəf edilib, Ukrayna 550 döyüşçüsünü itirib"

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumları dəf edilib, Ukrayna tərəfi 550 döyüşçünü itirib. APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Putin son günlər Belqorod və Kursk vilayətlərində ərazilərimizə hücu

17 mart 2024
.

İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb

İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"

14 aprel 2024
.

PUA hücumundan sonra Rusiya Müdafiə Nazirliyinin obyektində yanğına görə 600-dən çox insan təxliyə olunub

Leninqrad vilayətində, Kronştadt yaxınlığındakı Bolşaya İjorada yerləşən Rusiya Müdafiə Nazirliyinin obyektində baş verən yanğın səbəbindən ərazidən 600-dən çox insan təxliyə edilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko bildirib. "Pilotsu

7 iyun
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel 2024
.

Ukrayna bu istiqamətdə 1500 əsgər itirdi - Vodolatski

Ukrayna ordusu Xarkov vilayətinin Berestovoye yaxınlığındakı döyüşlərdə 1,5 mindən çox əsgər və əcnəbi muzdluları itirib. -a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib. "Berestovoye yaxınlığındakı "Qərb" qrupu 1,5 mindən çox millətçini, muzdlular

26 may 2024
.

İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq

"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə

1 iyun 2024
.

İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib

İsrailin Müdafiə Ordusu bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə İsrailin "Walla" xəbər portalı xəbər yayıb. Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri

2 iyun 2024