Həyatı depressiya ilə keçən dünyanın ən gülməli insanı Cim Kerri - VİDEO
Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib.
Budəfəki buraxılışda məşhur aktyor Cim Kerridən bəhs olunub.
Bildirilir ki, C.Kerri 17 yanvar 1962-ci ildə Kanadanın Nyumarket şəhərində anadan olub.
Ailə yaxşı yaşamırdı. C.Kerri ehtiyac içində yaşamağı uşaqlıqdan görüb. Onun altı nəfərdən ibarət ailəsi var idi.
Ulduzun valideynləri musiqini sevirdilər. Anası evlənməmişdən əvvəl müğənnilik edirdi, atası isə saksofonçu idi. Onlar özlərini musiqi sahəsində reallaşdıra bilmədilər. Cimin böyük bacısı Rita isə Kanadada tanınmış ifaçıdır və öz qrupu ilə çıxışlar edir.
Kerri uşaqlıqdan səhnəyə çıxmaq arzusunda idi, 15 yaşında ilk dəfə "stand-up" ilə səhnəyə çıxdı. Uğursuzluqdan sonra yenidən çıxış etməsi iki il çəkdi. Kanadada məşhurlaşdıqdan sonra ABŞ-yə köçdü. 90-cı illərin ortalarından bəri o, on il ərzində ən çox axtarılan komedi və kino aktyorlarından biri oldu.
80-ci illərdən ABŞ-də filmləri nümayiş etdirilən Cim Kerri 2004-cü ildə Kanada vətəndaşlığını saxlayaraq bu ölkənin vətəndaşı oldu.
Aktyorun karyerasında əsl parlama 1994-cü ildə baş verdi.
C.Kerrinin "Axmaq və ondan da axmağı" filminə görə qonorarı yeddi milyon dollar təşkil edib. Bu da Cimi ilin ən uğurlu komediyaçılarından birinə çevirdi.
Bundan sonra aktyorun qonorarı kəskin şəkildə artmağa başladı. "Kabelçi" filmi Kerriyə 20 milyon dollar qonorar gətirdi. Lakin film ümidləri doğrultmadı.
2010-cu ildə aktyorun karyerasında "qara zolaq" başlayır. C.Kerrinin çəkildiyi ən yaxşı filmlər keçmişdə qalır. Ona televiziya seriallarının epizodlarında işləmək və böyük filmlərdə kiçik personajların rolunu oynamağı təklif edirlər.
O, 90-cı illərin əvvəllərində valideynlərini itirdi və ilk ağır depressiyasını yaşadı.
Aktyorun çox sevgi romanları olub. Onun ilk sevgilisi Melisa Vumer idi. O, "Comedy Store"da ofisiant işləyib. Onlar 1987-ci ildə evlənirlər. Melisa aktyorluq karyerasının başlanğıcında Cimə dəstək olub, valideynlərini itirdikdən sonra onun depressiyadan çıxmasına kömək etməyə çalışıb. Onların Ceyn Erin Kerri adlı bir qızı var. Cütlük 1995-ci ildə boşanıb.
2012-ci ildə Cim Katriona Uayt ilə münasibət qurur. O, əqli cəhətdən qeyri-sabit idi. Aktyorun həyatında "qara zolaq" başlamışdı. Cütlük ayrılıb barışırdı.
Katriona bir neçə dəfə intihara cəhd edib. 2015-ci ildə Uayt münasibətlərinə son qoydu. Tezliklə isə intihar etdi.
İntihar qeydində Uayt Cimi öz ölümündə günahlandırırdı. 2018-ci ilə qədər məhkəmə çəkişmələri Katrionanın qohumlarının iddiası əsasında davam edirdi. Məhkəmədə müttəhim kimi çıxış edən aktyor öz günahsızlığını sübut etdi.
Depressiya və şəxsi həyatındakı uğursuzluqlar Cimi karyerasına fasilə verməyə məcbur etdi. Aktyora təkliflər azaldı, yox həddinə gəldi. Ancaq təqsirsiz olduğu sübuta yetiriləndən sonra 2018-ci ildə o, "Sadəcə zarafat edirəm" serialına çəkildi və yeni romanı başladı. Cim həmkarı Ginger Qonzaqa ilə görüşməyə başladı.
C. Kerri 2013-cü ildə "Roland necə yuvarlanır" adlı uşaq kitabı, 2020-ci ildə isə "Xatirələr" kitabını nəşr etdi. "Xatirələr" kitabında 1999-cu ildə çəkiliş meydançasında tanış olduğu Reneni ən böyük sevgisi adlandırdı.
Daha ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO
Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
Dönər həvəskarlarına PİS XƏBƏR
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO
Toyuqlar payızda az yumurtlayır: məhsuldarlığı artırmaq üçün nə yedirtmək lazımdır?