Separatçılara humanizm şapalağı - "Kaspi"nin ARAŞDIRMASI

Separatçılara humanizm şapalağı - "Kaspi"nin ARAŞDIRMASIBütün günahkarlar, Qarabağda Azərbaycana qarşı cinayət törətmiş şəxslər, müharibə cinayəti törədənlər gec-tez Azərbaycan qanunlarına görə cavab verməli olacaqlar. Bu, artıq gün kimi aydındır. Mövcud vəziyyət həm birinci Qarabağ müharibəsində, həm də 2020-ci il müharibəsində hərbi cinayətlərə imza atan şəxslərin yuxusuna haram qatıb.

Mövzu ilə bağlı "Kaspi" qəzeti məqalə dərc edib.

"Laçın" sərhəd-keçid məntəqəsində Azərbaycandan Ermənistana gedən və 2021-ci ildə bayrağımızı təhqir edən üç erməni futbolçu saxlanılıb. Ötən ay da Xocalı soyqırımının iştirakçılarından olan Vaqif Xaçatryanın saxlanılması Azərbaycanın bu məsələdə qətiyyətli olduğundan və heç kəsə güzəştə getməyəcəyindən xəbər verir.

Sözügedən erməni futbolçular 2021-ci ilin dekabr ayında Azərbaycan bayrağını tapdalamışdılar və görüntülər sosial şəbəkələrdə yayılmışdı. Həmin vaxt Azərbaycan Respublikasının Dövlət Bayrağı və ya Gerbi barədə təhqiredici hərəkətlər maddələri ilə cinayət işi açılmışdı və futbolçular beynəlxalq axtarışa verilmişdilər. Görünür, günü top qovmaqla keçən və videonu sosial şəbəkədə yaydıqdan sonra özünü qəhrəman hiss edən ermənilər hansı səhvə yol verdiklərindən xəbərsiz olublar. Azərbaycanın qətiyyətli mövqeyi ilə gec-tez üz-üzə qalacaqlarını düşünməyiblər. Elə olmasaydı, barələrində beynəlxalq axtarış çıxarılan üç hay əlini-qolunu sallayaraq Həkəri körpüsünə qədər gəlməzdilər.

Azərbaycan dünyaya mesaj verir

Baş Prokurorluğun məlumatına görə, istintaqa cəlb edilən şəxslər törətdikləri əməli etiraf edərək səmimi peşman olduqlarını və gələcəkdə bu kimi hərəkətlərə yol verməyəcəklərini bildiriblər. Qurum təqsirləndirilən şəxslərin yaşını, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmalarını nəzərə alıb və humanizm prinsipi tətbiq edərək onların barəsində cinayət təqibinə xitam verib. Bununla belə, saxlanılan şəxslər inzibati məsuliyyətə cəlb olunublar və 10 gün müddətinə həbs ediliblər. Həbs müddəti bitdikdən sonra isə həmin şəxslər ölkəni tərk edə biləcəklər. Bununla da Azərbaycan dövləti bütün dünyaya humanizm dərsi keçərək, iki ilini həbsdə keçirməli olan erməni gəncləri sözün əsl mənasında əfv edib. Bu hərəkət beynəlxalq platformalarda həyasızcasına Azərbaycanı anti-humanizmdə ittiham edən dövlətlərə, yolunu azaraq Ermənistan tərəfə keçən və saxta ittihamlarla uzunmüddətli həbsə atılan Azərbaycan əsgərinə qarşı hədyanlıq nümayiş etdirən erməni hökumətinə tərs şapalaq idi.

Separatçıların başqa qurtuluş yolu yoxdur
Həkəri körpüsündə erməni futbolçuların həbs edilməsi həm də bir mesaj kimi qəbul edilməlidir. Azərbaycan tərəfinin bu addımı vaxtilə haqqında cinayət işi açılmış şəxslərin heç bir halda ədalət məhkəməsindən qaça bilməyəcəyi deməkdir. Bütün günahkarlar, Qarabağda Azərbaycana qarşı cinayət törətmiş şəxslər, müharibə cinayəti törədənlər gec-tez Azərbaycan qanunlarına görə cavab verməli olacaqlar. Bu, artıq gün kimi aydındır.

Mövcud vəziyyət həm birinci Qarabağ müharibəsində, həm də 2020-ci il müharibəsində hərbi cinayətlərə imza atan şəxslərin yuxusuna haram qatıb. Vaqif Xaçatryanın həbsindən sonra yuxusu ərşə çəkilən separatçılar futbolçuların həbsindən əməlli-başlı təşvişə düşüblər. Amma unudurlar ki, haraya üz tutsalar da, Azərbaycan ədalətindən qaça bilməyəcəklər. Qarabağdakı separatçılar isə "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedə bilməyəcəklərini hələ Vaqif Xaçatryanın həbsi zamanı dərk etmişdilər. Ən yaxşı halda, bu şəxslər Azərbaycan Ordusunun Xankəndiyə girəcəyi günü və onları həbs edəcəyi saatı gözləməlidirlər. Başqa qurtuluş yolu yoxdur.

Arayik İrəvana qaçmaq istəyir

Qarabağdakı erməni separatçıların lideri Arayik Arutyunyan barədə bir müddətdir "istefa" xəbərləri dolaşırdı. O, hər dəfə bu xəbəri təkzib etsə də, Həkəri körpüsündə üç erməni futbolçunun həbsindən sonra gecə saatlarında artıq "istefa" barədə danışmağa başladı. Avqustun 31-də o artıq istefasını açıqlayıb. Görünür, futbolçuların həbsi Arayikin də kürkünə birə salıb. Separatçı lider məsuliyyətdən qurtulmaq üçün çıxış yolu kimi "istefa"nı seçib. Arutyunyan "istefa" verərək tələsik İrəvana, oradan da hansısa ölkəyə qaçmaq niyyətindədir. Amma unudur ki, Azərbaycan ədalətindən qaçmaq qeyri-mümkündür. Futbolçular kimi onun da etiraf və peşmanlıqla dolu açıqlamalarını dinləyəcəyimiz, sonra isə uzunmüddətli həbsə göndəriləcəyi gün artıq çox yaxındır.

Vardanyan da İrəvana qaçmağı planlaşdırır

Erməni separatçılarının "lider"lərindən sayılan Ruben Vardanyan da Qarabağdan çıxmaq üçün bəhanə və yollar axtarır. Son çarə kimi yenidən Rusiyaya sığınaraq, İrəvana keçmək, burada siyasətlə məşğul olmaq niyyətindədir. "Həyat üçün ölkə" partiyasının gizli qurucusu sayılan Vardanyan bunu heç vaxt etiraf etməsə də, İrəvanda keçiriləcək mer və ağsaqqallar şurası seçkilərində bu partiyanın namizədi Mane Tandilyanın dəstəklənməsi üçün müraciət edib. Elə xoruzun quyruğu da bu müraciətdə görünür. Artıq Qarabağda işinin qalmadığını, gec-tez həbs ediləcəyini anlayan Vardanyan dəryada saman çöpündən yapışıb. Bu çöp isə keçiriləcək seçkidə partiyanın qalib gəlməsi, Mane Tandilyanın nüfuzundan istifadə edərək, İrəvana köçmək, burada aktiv siyasi fəaliyyət göstərməkdən ibarətdir. Vardanyan bu məsələdə Rusiyadakı ağalarına güvənir. Amma onun Xankəndidən sonra köçəcəyi və fəaliyyət göstərəcəyi yeganə yer Bakı həbsxanası da ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1790   Tarix: 02 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni

29 sentyabr
.

İsrail ordusunun itkiləri 604 nəfərə çatıb

Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz

7 aprel 2024
.

Peskov: "Rusiyaya diversantların hücumları dəf edilib, Ukrayna 550 döyüşçüsünü itirib"

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumları dəf edilib, Ukrayna tərəfi 550 döyüşçünü itirib. APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Putin son günlər Belqorod və Kursk vilayətlərində ərazilərimizə hücu

17 mart 2024
.

İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb

İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"

14 aprel 2024
.

PUA hücumundan sonra Rusiya Müdafiə Nazirliyinin obyektində yanğına görə 600-dən çox insan təxliyə olunub

Leninqrad vilayətində, Kronştadt yaxınlığındakı Bolşaya İjorada yerləşən Rusiya Müdafiə Nazirliyinin obyektində baş verən yanğın səbəbindən ərazidən 600-dən çox insan təxliyə edilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko bildirib. "Pilotsu

7 iyun
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel 2024
.

Ukrayna bu istiqamətdə 1500 əsgər itirdi - Vodolatski

Ukrayna ordusu Xarkov vilayətinin Berestovoye yaxınlığındakı döyüşlərdə 1,5 mindən çox əsgər və əcnəbi muzdluları itirib. -a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib. "Berestovoye yaxınlığındakı "Qərb" qrupu 1,5 mindən çox millətçini, muzdlular

26 may 2024
.

İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq

"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə

1 iyun 2024
.

İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib

İsrailin Müdafiə Ordusu bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə İsrailin "Walla" xəbər portalı xəbər yayıb. Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri

2 iyun 2024