Azərbaycan Ordusunun bu gün zərərsizləşdirdiyi Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın istehsalçısı məlum olub
Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən aşkar edilərək, xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatının (PUA) istehsalçısı məlum olub.
Aparat əsasən müasir kartoqrafik həllər təqdim edən ABŞ şirkəti "Micro Aerial Projects" tərəfindən hazırlanıb.
İstehsalçının rəsmi səhifəsində PUA-ların sırf mülki və elmi məqsədlər üçün nəzərdə tutulduğu bildirilir. Bu isə o deməkdir ki, erməni tərəfi sadə və ucuz cihazları alaraq onlara kustar üsulla hazırlanmış hərbi vasitələr əlavə edir.
Əlbəttə ki, ermənilərin bu addımı ancaq gülüş doğurur. Belə ki, dünya hərb sənayesinin ən qabaqcıl vasitələrilə təchiz olunan Azərbaycan Ordusuna qarşı qeyri-peşəkar "silahlar" tətbiq etmək ən azından uğursuzluğun təminatı sayılmalıdır.
Burada ABŞ şirkətinin də məsuliyyətini dərk etməsi gərəkdir. Belə ki, hər bir istehsalçı öz məhsullarının kimlərə satıldığı və sonradan necə istifadə edildiyini izləməli, buna görə məsuliyyət daşımalıdır.
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 6338 Tarix: 02 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik
İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə
14 aprel 2024İraq hava məkanını tamamilə bağlayıb
İraqın Nəqliyyat Nazirliyi pilotsuz təyyarələrin İran ərazisindən İsrailə doğru buraxılmasından sonra ölkənin hava məkanının bağlanması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Bundan əvvəl "Al Arabiya" telekanalı İrandan buraxıla
14 aprel 2024İranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV
İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb
14 aprel 2024İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib
İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr
14 aprel 2024Qəzza zolağının cənubunda İsrail ordusunun daha bir neçə əsgəri ölüb
Qəzza zolağının cənubunda radikal Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail ordusunun 3 əsgəri həlak olub, daha 14-ü yaralanıb. "Report" bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir. Ölənlər - 19 yaşlı Dolev Malka, 19 yaşlı Afik Teri və 20 yaşlı İnon Yitzha
3 mart 2024Həcc ziyarəti zamanı 577 zəvvar həyatını itirib
Səudiyyə Ərəbistanına Həcc ziyarəti zamanı həyatını itirən zəvvarların sayı 577-yə çatıb. "Report" xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi mənbələrə istinadən məlumat yayıb. Adının açıqlanmasını istəməyən iki ərəb diplomat bildirib ki, ölənlərin 323-ü misirli, 60-
19 iyun 2024Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyndən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətind
28 avqust 2024İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib
İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib
14 aprel 2024