Ermənistanla növbəti müharibənin baş verməsi real görünürmü? - General AÇIQLADI
Ermənistan- Azərbaycan arasında növbəti müharibənin baş verməsi çox real görünür.
Sonxeber.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.
O qeyd edib ki, müharibənin hazırlaqları da göz qarşısındadır.
"Müharibə birdən-birə olmur. Təəsüfki, üçtərəfli bəyanatdan bugünə qədər sülh müqaviləsinə yaxınlaşmayan Ermənistan addım-addım növbəti müharibəyə hazırlıq görürdü. Son günlər Ermənistan tərəfindən həm Naxçıvan sərhədində, həm də Azərbaycan Qarabağ bölgəsində təxribatlar törədilməsi, Rusiya sülhməramlıların nəzarətində olan bölgədə separatçıların qalıntılarının olması, Ermənistanın qismən səfərbərliklə toplanış keçirməsi, ABŞ və Ermənistanın birgə təlimi hamısı meydana gələcək müharibənin işərələridir", - deyə ehtiyatda olan general vurğulayıb.
Yavuz Karauz əlavə edib ki, bu bölgədə hər keçən gün gərginlik artır və Ermənistan bu gərginlikdən qidalanmağa çalışır:
"Ən sonunda dəmir yumruq yenidən başına dəyməsə ağıllanacaq kimi görünmür. Bu müddət ərzində Azərbaycan və Türkiyənin göstərdiyi xoşniyyət, sülh üçün uzadılan əli təssüfki qarşılqısız qaldı".
Xatırladaq ki, bir neçə gündür sosial şəbəkələrdə Ermənistanın Azərbaycanla sərhəddə ağır artilleriya qurğuları yığmağa davam etməsi ilə bağlı görüntülər yayılır.
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 7505 Tarix: 09 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni
29 sentyabrİsrail ordusunun itkiləri 604 nəfərə çatıb
Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz
7 aprel 2024İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb
İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"
14 aprel 2024ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir
14 aprel 2024Ukrayna bu istiqamətdə 1500 əsgər itirdi - Vodolatski
Ukrayna ordusu Xarkov vilayətinin Berestovoye yaxınlığındakı döyüşlərdə 1,5 mindən çox əsgər və əcnəbi muzdluları itirib. -a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib. "Berestovoye yaxınlığındakı "Qərb" qrupu 1,5 mindən çox millətçini, muzdlular
26 may 2024İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq
"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə
1 iyun 2024İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib
İsrailin Müdafiə Ordusu bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə İsrailin "Walla" xəbər portalı xəbər yayıb. Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri
2 iyun 2024