Xaçaturyanın ələ verdiyi 3 satqın azərbaycanlı kimdir? - İstintaqda şok məlumatlar var
Laçın sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımına görə saxlanılan erməni terrorçu Vaqif Xaçaturyanla Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuş keçmiş döyüşçü, ehtiyatda olan polkovnik Azay Kərimovun üzləşdiyi haqda məlumat vermişdik. Dindirilmə zamanı Xaçaturyan bir neçə məqama toxunub. O, Meşəli sakini olan 3 azərbaycanlının ermənilərə məlumat ötürdüyünü deyib.
Məsələ ilə bağlı Globalinfo.az Azay Kərimovla əlaqə saxlayıb.
Azay Kərimov bildirib ki, Xaçaturyan fotoda gördüyü şəxslərdən üçünün adını açıqlayaraq, doğrudan da onların ermənilərlə əlbir olduğunu deyib:
"Xaçaturyan həmin 3 nəfər Meşəli sakininin fotosunu müstəntiqə göstərdi və onların zamanında ermənilərə işlədiyini, kənd camaatını düşmənə satdıqlarını dedi.
Mənim anadan olduğum Malıbəyli kəndi Xankəndiyə çox yaxın idi. Düzü o vaxt ermənilərlə münasibətlər yaxşı idi, onlar gəlib Azərbaycanın Qarabağ ərazisində yaşayırdılar, işləyirdilər, bir-birimizin xeyir-şər işlərində iştirak edirdik. Heç kimin ağlına gəlməzdi ki, nə vaxtsa ermənilər bizim torpağımızı işğal edər. Biz bir də ayıldıq ki, sən demə, ermənilərin fikri başqa imiş".
A.Kərimovun sözlərinə görə, münaqişələri qızışdıran Köçəryan, Sərkisyan və Dadamyan olub:
"Köçəryanın Ermənistandan gələn muzdlulardan ibarət komandası var idi. Onların vəzifəsi ermənilər yaşayan kəndləri gəzmək, silah götürüb azərbaycanlıya qarşı vuruşmaq istəməyənləri, mitinqə çıxmaq, azərbaycanlılara işgəncə verməkdən imtina edənləri cəzalandırmaq idi. Kim döyüşdən imtina edirdisə, həmin adamın kənddə digərlərinin gözü önündə qızına, gəlininə, arvadlarına zor tətbiq edirdilər, ya da döyüşməkdən imtina edəni öldürürdülər.
Kənd camaatı bizə qarşı çıxmaq istəmirdi, amma o rəzaləti, işgəncəni görüb, qorxurdular".
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 6294 Tarix: 10 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni
29 sentyabrİsrail ordusunun itkiləri 604 nəfərə çatıb
Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz
7 aprel 2024İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb
İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"
14 aprel 2024ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir
14 aprel 2024Ukrayna bu istiqamətdə 1500 əsgər itirdi - Vodolatski
Ukrayna ordusu Xarkov vilayətinin Berestovoye yaxınlığındakı döyüşlərdə 1,5 mindən çox əsgər və əcnəbi muzdluları itirib. -a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib. "Berestovoye yaxınlığındakı "Qərb" qrupu 1,5 mindən çox millətçini, muzdlular
26 may 2024İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq
"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə
1 iyun 2024İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib
İsrailin Müdafiə Ordusu bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə İsrailin "Walla" xəbər portalı xəbər yayıb. Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri
2 iyun 2024