"Azərbaycan xalqı var olduqca şəhidlərimizin xatirəsi hər zaman böyük ehtiram və hörmətlə anılacaq" - Emil Əkbərov
"27 sentyabr müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub".
Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov deyib.
Emil Əkbərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02.12.2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si "Anım Günü" qeyd edilir. Cənab prezident İlham Əliyevin sərəncamı ilə 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi şəhidlərimizə, qazilərimizə və İkinci Qarabağ müharibəsi iştirakçılarına verdiyi böyük dəyərin göstəricisidir. 44 günlük Vətən müharibəsində dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Dörd il əvvəl sentyabrın 27-də cənab prezident, Azərbaycanın Müzəffər Ordusunun Ali Baş Komandanı İlham Əliyev televiziya kanalları vasitəsilə Azərbaycan xalqına tarixi müraciət etdi. 2020-ci ilin sentyabrın 26-da Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək, bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdular. Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində mülki əhali və hərbçilərimiz arasında ölənlər, yaralananlar oldu.
44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımız bütün şəhidlərimizin qisasını alaraq ərazi bütövlüyümüzü bərpa etdilər. Qəhrəman oğullarımızın 44 günlük Vətən müharibəsində və Qarabağda keçirilən 24 saatlıq lokal antiterror tədbirlərində göstərdiyi igidlik nəticəsində ölkə suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olunub. Bu gün üçrəngli bayrağımız Xankəndində, Şuşada və digər işğaldan azad olunmuş şəhərlərdə, rayonlarda dalğalanır. Azərbaycan xalqı var olduqca ərazi bütövlüyümüz uğrunda şəhid olan bacı və qardaşlarımızın xatirəsi hər zaman böyük ehtiram və hörmətlə anılacaq. Bu gün qalib ölkənin vətəndaşı olmaq qürurunu bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?