Lavrov Ermənistana ABŞ ilə bağlı tövsiyə verdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan rəhbərliyinə ABŞ-yə arxalanan ölkələrin acı taleyini xatırlamağı tövsiyə edib.
O, "Ermənistanın Rusiyanı itirməsi mümkündürmü?" sualına cavab verərkən qeyd edib ki, İrəvanda bir neçə aparıcı siyasətçi oxşar ssenarini arzulayır və Qərbə baxır.
"Bilirsiniz, orada Rusiyanı itirmək və yeni dostlar qazanmaq istəyən çoxlu insan var", - deyə nazir TASS-a müsahibəsində bildirib.
"Ermənistan rəhbərliyinin bir çox nümayəndələrinin bəyanatlarından göründüyü kimi, əgər onlar Birləşmiş Ştatlara arxalanırlarsa, onda bəlkə də yaxın tarixə, ABŞ sahillərindən uzaqda, dünyanın müxtəlif bölgələrində Vaşinqtonun geosiyasi maraqlarını təbliğ edən və bu ölkənin öz himayəsinə götürmək istədiyi şəxslərə necə münasibət göstərdiyinə nəzər salmaq yaxşı olardı. Həmin şəxslərin taleyi heç də ürəkaçan deyil", - Lavrov bəyan edib.
O, vurğulayıb ki, istənilən halda geosiyasi baxımdan Rusiyanın Cənubi Qafqazdakı maraqlarına tamamilə məhəl qoymamaq mümkün deyil.
"Amma İrəvandakı bəzi liderlər belə ümidlər bəsləyirlər və bu barədə birbaşa danışırlar", - Rusiya diplomatiyasının rəhbəri vurğulayıb.
Lavrov xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyanın "öz təhlükəsizliyinin təmin edilməsi baxımından Ermənistanın ümid etdiyi uğursuz müttəfiqlikləri kompensasiya etmək zərurəti və bu təhlükəsizliyi təmin edəcək tərəfdaşlar dairəsini genişləndirməyi" bəyan edən son çıxışında da belə ümidlərin təzahürünə diqqət çəkib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Tacir Şahmalıoğlu əməliyyat olundu