Türkiyənin müdafiə naziri Ermənistana çağırış və xəbərdarlıq edib
"44 günlük İkinci Qarabağ müharibəsinin sonunda atəşkəs sazişi imzalandı. Hər kəsin gözləntisi bəyanata imza atanların buna əməl edəcəyi idi. Lakin Azərbaycan buna ciddi əməl etdiyi halda, Ermənistan lazımi şərtləri yerinə yetirmədi".
"Report" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler bildirib.
O qeyd edib ki, Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən də Zəngəzur dəhlizinin açılması, danışıqların nəticəyönümlü şəkildə davam etməsi sabitliyin bərqərar olmasının yeganə yoldur.
Nazir bəyan edib ki, Ankara Azərbaycan və Ermənistan rəhbərliyi arasında yaxın günlərdə İspaniyada keçirilməsi planlaşdırılan görüşdən öncə baş verən prosesləri və danışıqları diqqətlə izləyir:
"Bir daha ifadə etməyə dəyər: Biz hər zaman olduğu kimi, "bir millət, iki dövlət" anlayışı ilə əziz qardaş Azərbaycanın yanındayıq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Tacir Şahmalıoğlu əməliyyat olundu