POS-terminalları azaldan səbəblər - ARAŞDIRMA

POS-terminalları azaldan səbəblər - ARAŞDIRMAAzərbaycanda POS-terminalların sayında azalma müşahidə olunur. Nağdsız ödənişlərin artırılması üçün müvafiq addımların atıldığı bir vaxtda bu azalma müəyyən suallar doğurur. Ekspertlər bu azalmanı müxtəlif amillərlə əlaqələndirirlər.

Son bir ayda Azərbaycanda POS-terminalların sayı kəskin azalıb. 2023-cü ilin sentyabr ayının 1-nə Azərbaycanda quraşdırılmış POS-terminalların ümumi sayı 81 219 ədəd təşkil edib. Mərkəzi Bank xəbər verir ki, bu göstəricinin həcmi ötən ayla müqayisədə 2.2 faiz və ya 1861 ədəd azdır. Cari ilin sentyabr 1-nə ölkədə mövcud olan POS-terminalların 78 473 ədədi pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bu da aylıq müqayisədə bu POS-terminalların sayında 2 121 ədəd və ya 2.6 faiz azalma deməkdir. Bəs görəsən rəqəmsallaşan dünyada, nağdsız ödənişlərin artması lazım olan bir zamanda POS-terminalların azalması nə ilə əlaqədardır?

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Azalma yaxşı hal deyil

İqtisadçı Eldəniz Əmirov düşünür ki, POS-terminalları azaldan səbəblərdən biri rəqabət və paxıllığın olmasıdır: "Düşünürəm ki, bunun səbəbi müəyyən subyektiv amillərlə əlaqəlidir. Azalmanın mənfi təsirləri çox böyükdür. Bir təsərrüfat subyekti görəndə ki, qonşusu və ya rəqibi POS-terminallardan istifadə etmir, artıq o da istifadə etməyəcək. POS-terminalların sayının azalması rəqəmsallaşma, nağdsız ödənişlər, iqtisadiyyatın şəffaflaşdırılması, ödənişlərin ağarması kimi prinsiplərə zidd göstəricidir".

İqtisadçının sözlərinə görə, azalmanın qarşısının alınması üçün inzibati nəzarət gücləndirilməli, qaydalar sərtləşdirilməli, heç bir halda güzəştə gedilməməlidir.

Sahibkar pulu həmin gün hesabdan çəkə bilmir
İqtisadçı ekspert Günay Hüseynova bildirir ki, POS-terminal bəzi sahibkarlara sərf etmədiyi üçün ondan istifadə etmirlər: "Düzdür, müəyyən sahibkarlar var ki, post-terminal istifadə etmir. Bəziləri yalandan müştəriyə deyir ki, aparat yoxdur və ya çalışmır. POS-terminalların azalmasının əsas səbəblərindən biri də banklar tərəfindən müəyyən faizin tutulmasıdır. Sahibkar bir məhsulun üzərinə nə qədər pul qoya bilər ki, hələ bir banka da faiz ödəsin? Bundan əlavə, həmin vəsaitdən yeni məhsul da almalıdır. Digər tərəfdən, POS-terminalla olan ödənişlərdə sahibkar pulu həmin gün hesabdan çəkə bilmir. Bu da təbii ki, onlara sərf etmir. Digər tərəfdən, sahibkar nağd satış edir, alıcıya kassa çeki vermir, vergidən yayınır".

Bu sahədə dövlət nəzarəti olmalıdır

G.Hüseynovanın fikrincə, sahibkarlara nağd ödənişdənsə, kartla ödəniş daha sərfəli edilməlidir: "Əslində bütün şərtlər sərfəli olsa, sahibkarlara da maraqlı olardı. Çünki obyektdə pulun saxlanması, daşınması və digər hallar çətindir. Misal üçün, Türkiyədə kartla ödəniş əksər mağazalarda nağd ödənişlərə nisbətən daha sərfəlidir. POS-terminalın olması pul vəsaitlərinin tədavülü, çəkilən xərcin azalmasına, bununla yanaşı, dövr surətinin artmasına səbəb olan faktorlardandır".

Ekspert qeyd etdi ki, sahibkarlara müəyyən güzəştlər tətbiq edilməlidir: "Bəzən iqtisadçılar deyir ki, bu sahə artıq dövlətin nəzarətindən çıxsın, tamamilə özəlləşsin. Amma mütləq, cüzi də olsa, dövlət nəzarəti olmalıdır. Çünki dövlət büdcəsinin əsasını vergilər təşkil edir. Sahibkarın qazancı olmadıqdan sonra vergini nə ilə ödəməlidir? Dövlət əslində sahibkarın vergi verməsində maraqlı olmalıdır. Ona görə də bu sahəyə ciddi nəzarət lazımdır".

Eyni obyektdə bir neçə POS-terminal

Millət vəkili Azər Badamov isə fərqli düşünür. Onun fikrincə, artıq sahibkarlar obyektdə bir aparat saxlamaqla kifayətlənirlər: "Ticarət müəssisələrində və xidmət sahələrində POS- terminalların quraşdırılması şəffaflığın təmin olunmasına və vətəndaşların nağdsız ödəmələri rahat şəkildə həyata keçirməsinə imkan verir. Vaxtilə sayda baş verən artım obyektlərdə kütləvi POS-terminalların quraşdırılması ilə bağlı olub. Bu gün demək olar ki, bütün obyektlər POS-terminallarla təchiz olunub. POS-terminalların azalmasında əsas səbəb isə ticarət obyektləri və xidmət sahələrində bir neçə terminal quraşdırılması ilə bağlıdır. Sahibkarlar POS-terminalla əməliyyatlar aparmağa başlayandan sonra gördülər ki, eyni obyektdə bir neçə bankın POS-terminalının saxlanılması məntiqsizdir. Çünki bu, əlavə xərc deməkdir. Ona görə də sahibkarlar hər kassa aparatının yanında bir POS-terminal saxlamaqla kifayətlənirlər. Proses nəticəsində əvvəl alınmış bir çox POS-terminallar ixtisar edilir. Alıcıların ödəniş formasının seçimi azaddır. Nağdsız ödəniş etmək istəyən alıcıya POS-terminalın təqdim olunmaması qanun pozuntusudur. Əgər vətəndaşlar belə hallarla qarşılaşarsa, ilk növbədə müvafiq orqanın qaynar xəttinə müraciət etməlidirlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1127   Tarix: 08 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr