"Soyundurub ağaca bağladılar, 7 saatdan sonra..." - "Oğru Cəbrayıl"ın dəhşətli məhbəs həyatı

"Soyundurub ağaca bağladılar, 7 saatdan sonra..." - "Oğru Cəbrayıl"ın dəhşətli məhbəs həyatıVolqa-Don kanalının çəkilişində əlimi ağdan-qaraya vurmamağa and içmişdim. 75 gün karserdə qalmağıma, üzülüb əldən düşməyimə fikir vermədən podpolkovnik Vəliyev üç gün sonra əmr etmişdi ki, məni "betonomeşalka"nın yanına aparsınlar, axşamadək işləməyimə göz qoysunlar. Barakdan çıxanda dünən mağazadan alıb doyunca yediyim salanın qalığını çörəyin içinə doldurdum. İki dənə də karamel konfetim vardı, onu da cibimə qoydum. Elə yolda, sıra ilə gedəndə yaxınlaşdım növbə rəisinə, konfetləri çıxarıb ovucuna basdım. Gözləri işiqlandı. Dedim ki, hər həftə on manatın məndə, ayın axırında faizimi də 100-dən yuxan yazarsansa, əlli manat da həmin vaxt verəcəyəm. Az qaldı qucaqlayıb öpsün məni. Çünki "oğru"lar da əlli manat verirdilər. Oğru Çuma da "vertuxa"ya tapşırdı məni, həm də tələb elədi ki, haradan olur-olsun, ikiqat qiymətinə bir baş sarımsaq tapıb gətirməlidir. 75 günlük karserdən sonra dişlərimin dibində zud, ağrı hiss edirdim.

İş yerinə gedib çatanda "oğru"lar yenə tonqal qalayıb ətrafında dövrə vuraraq oturdular. Mən də onların yanında özümə yer elədim. Bir azdan növbə rəisi qaynar çay "krujka"sı ilə dəstəmizə yaxınlaşıb:

– Al, iç, zəifsən hələ, – dedi və göz vuraraq, geri döndü.

"Oğru" Kraçuk briqadirin ardınca qışqırdı kı, bir nəfər göndər, getsin bizə quru çay alsın. Briqadir "çest" verərək yoluna davam etdi. Əslində tonqalın yanında, "blatnoy"larla oturmaq barakda uzanmaqdan min pay yaxşı idi. Hiss edirdim ki, karserdə sıradan çıxmış ayaqlarım yavaş-yavaş canlanır, əvvəlki qəddinə düşmək ümidi ilə isti ocağa doğru uzanır...

Bir qədər sonra cavan bir komsomolçu qaçaraq tonqalımıza yaxınlaşdı:

– Briqadir göndərdi məni, – tövşüyərək dilləndi.

Hamı qəhqəhə çəkib güldü və Kraçuk:

– Yurka, sən də "göndər" onu, – deyərək, mənə göz vurdu, yəni pul ver.

Komsomolçu bir qədər qorxu, bir qədər çaşqınlıq içində ayaqlarının birini götürüb, o birini qoyaraq gözləyirdi.

Onluqlarım sol döş cibimdə idi. Bir dəstə çıxarıb, əziyini seçdim, komsomolçuya uzatdım. Oğlan həsrət dolu nəzərlərlə pullara baxırdı.

– Bir qutu çay al, qalanı səninki olsun, – dedim.

– Sağ olun, mənə sizin bəxşişiniz lazım deyil!

– Bu, bəxşiş deyil, mükafatdır, – Kraçuk onun kürəyini döyəclədi.

Təxminən yarım saat sonra oğlan çayı gətirdi, bir torba da mak, xaşxaş səpilmiş bulkanı tonqalın yanında yerə qoyaraq:

– Nuş olsun! Sağlıqla yeyin, – deyib qayıtmaq istəyəndə qarşısında uzun tiyəli bıçaqla dayanmış Kraçuku görüb bir addım geri çəkildi.

–Nə üçün, qardaşlar? – titrək dodaqlarla, rəngi ağarmış halda pıçıldadı.

– Sənə dedilər ki, qalanı sənindir.

Komsomol bulka torbasını götürüb, gülə-gülə uzaqlaşdı.

– Təmiz oğlana oxşayır. Amma təəssüf ki, komsomolçudur, – deyən Kraçuk çifir bişirmək üçün çay qutusunun ağzını əlindəki bıçaqla açdı, – Tezliklə o da başa düşəcək ki, kim çox işləyirsə, bir o qədər tez ayaqlarını uzadır.

Bir həftə sonra işləməyən dəstəni daha ağır şəraitli zona etap elədilər. Mən də həmin kolonda sıraya durmuşdum. İrkutskdan şimala doğru aparılanda bizimlə vaqon-zakda gedən konvoylardan biri:

– AnqarLaqa (Anqar düşərgəsi) gedirsiniz, – dedi.

– Orada Volqa-Dondan fərqlənən yaxşı bir şey var? – Sın Polka soruşdu.

– Yaxşı həşəratlar olur, dadlı, ləzzətli.

Elə həmin axşam tayqa ağcaqanadlarının nə demək olduğunu hiss etdik. Axşam yeməyinə isti balanda verilmişdi. Təzəcə yerimi rahatlayıb, qaşığımla miskada nə olduğunu yoxlamaq istəyirdim ki, qara bulud kimi bir dəstə xırda qarışqaya bənzər qanadlı həşərat xörək qabına doldu. Hamının balandası tullanmalı oldu. "Professor" isə heç nədən iyrənmədən onları balandaya qarışdırır, iştaha ilə yeyirdi. Bu hadisədən sonra bir dəfə də atdım xörəyimi, sonradan əlacsız qalaraq, "professor" kimi gözlərimi yumub, yeməyə girişdim. Fikirləşdim ki, əgər yeməsəm, aclıq məni yeyəcək.

Tayqanın ağcaqanadlarından danışmaqla qurtarmaz. Əynini altdan geyinib, üstdən qıfıllayırdın, üstdən geyinib, aşağıdan qıfıllanırdın, bir də hiss edirdin ki, düz kürəyinin ortasından dişləyib... Söykənirdim ağaca, qaşıyırdım, sürtürdüm, elə bilirdim ağcaqanad sancdığı yerdə fındıq boyda şiş əmələ gəlib... Elə qaşınırdı ki, qopartmaq, didmək istəyirdim həmin yeri. Xırda həşəratların - moşkaların işi daha zibil idi. Birdən sanki əlinə iynə batırırdılar. Hiss edirdin ki, dərinin içinə soxulur.

Hərdən konvoylar ayı vururdular. Alırdım onlardan ət parçalarının yaxşı yerindən, qızardırdıq, doyunca kabab yeyirdik. Oradakı işimiz şulfa çıxarmaq idi. Mən heç vaxt düşmürdüm şaxtaya, çünki bir neçə nəfərin başına ağır "qorşok" (qızılı ayırmaq üçün istifadə edilən cihaz) düşmüşdü, canlarını tapşırmışdılar.

Burada kart oyununun demək olar ki, bütün fırıldaqlarını öyrənmişdim. Bir gün yenə oyuna qoşuldum. Yaxşıca udmuşdum. Amma "oğru"lardan biri - "Vitka Çuma" uduzdu... İki şeydən birini seçməli idi – ya "soroçka smertnikov", ya da hamam. Pulu olmadığından "soroçka"ya (ağcaqanadlara yem olmağa) getdi. Vaxt qurtaranadək bağladılar ağaca, özü də çılpaq... Yeddi saat sonra gəldik onu ağacdan açmağa. Bizi görən kimi başladı yalvarmağa ki, yaxın gəlməyin, yoxsa tox komarlar uçar, əvəzinə acları daraşar bədəninə...

Heç bir texniki vasitə olmadan iki il müddətinə 280 kilometr kanal çəkmək olarmı?! Amerikalılar hər cür müasir texnika ilə uzunluğu cəmi 80 kilometr olan Panama kanalını təxminən otuz ilə tikiblər. Afrikadakı Süveyş kanalı çəkilən zolaq qumluq sahə olduğundan həm qazılması çox asan idi, həm müasir texnika, həm də tikinti materialının daşınması cəhətdən heç bir çətinliyi olmayan misirlilər 160 kilometrlik kanalın çəkilişini on ilə başa vurmuşdular. 180 km-lik donmuş bataqlıqdan keçən Belomor-Baltik kanalı isə ikicə il müddətinə tikilmişdi!

Necə? Ağlagəlməz dəhşətləri sayəsində!

Kanalın tikintisi hələ 1931-33-cü illərdə minlər, bəlkə də milyonlarla insanın həyatı bahasına başa gəlmişdi. Bizi ora aparanda "komsomol tikintisi"ndə 150-160 min dustaq işləyirdi. İldə təxminən otuz min insan yox olurdu...

... Kanalın tikintisinə təzəcə başlananda oraya "preddveriye ada" ("cəhənnəm qapısının kandarı"), yəni yüzə-yüz meyit məskəni deyirdilər. Hər həftə minlərlə məhbus gətirilirdi, lakin onlar buradan heç yerə etap olunmurdular. Ancaq işləyən "komsomolçu"ların sayı ilin sonunda əvvəlki qədər, yəni 150 min nəfər olurdu. Hər gün yüzlərlə, bəlkə də minlərlə meyit tapırdılar. Ələlxüsus, əyalət rayonlarından gətirilən məhbuslar cani-dildən işləyirdilər. Donmuş torpağı qazır, arabalara dolduraraq yüz-yüz iyirmi metr kənara daşıyırdılar.

Orada su sulfidli olduğundan, bir neçə dəfə yuyunduqdan sonra insanların bədəni və başlarındakı tüklər tökülürdü. Mən qarı yığırdım çəlləyə, əridib yuyunurdum. Araq içdikdən sonra şüşənin dıbində qalan hissəni başıma sürtüb, mikrobları təmizləyirdim.

Dustaqlar üç növbə işləyirdilər. Hər növbədə 40-45 min məhbus işə çıxırdı. Səhər saat səkkizdən başlayan "udarnaya sila" saat dördə qədər əsas işi görürdü. İkinci növbədə işləyənlər gecə saat on ikiyə qədər yalandan baş girləyirdilər. Əsas ölüm halları elə bu növbədə baş verirdi. Sürüşkən "otkos"da çifir bişirən məhbusun azacıq itələnərək qışqıra-qışqıra "betonomeşalka"ya düşməsini gözlərimlə görmüşdüm. Konvoyların gözü qarşısında baş verən bu bədbəxtliyə titrəyə-titrəyə baxırdım. Gah bu, gah da digər tərəfdən dərin şlüzlərdə bir an qışqıraraq həmişəlik susan insanların dəhşət dolu bağırtısı hələ də qulaqlarımda əks-səda verir.

Şimal düşərgəsini "həşəratların laboratoriyası " adlandırırdılar. SLON (Xüsusi Təyinatlı Şimal Düşərgələri) adamları adına uyğun şəkildə, vəhşi fıl kimi tapdayır, əzir, məhv edirdi. Kimi həyatdan yox etmək istəyirdilərsə, məhz SLON-a göndərirdilər.

Buradan hərdən qaçırdılar. İşdən sonra yol boyu tökülüb qalan meyitlərdən qorxub, qaçırdılar. Kimi elə tayqadaca donub ölür, kimini isə onların ardınca göndərilən konvoy dəstəsi öldürərək, meyitini sürüyə-sürüyə düşərgəyə gətirirdi. Qaçmağa cəhd edəni aşxananın yanında görünən yerə atırdılar ki, hamı baxsın, ibrət dərsi götürsün.

Qaçanlar əsasən "58-lər" (repressiya olunan hərbçilər) idilər. Çoxları "yaşıl prokuror" adlandırdıqları tayqanı acından ölməkdən üstün tutur, "bəlkə baş tutdu" deyərək, dabanlarına tüpürürdülər.

SLON-da ölənlərin də əksəriyyətini "58-lər" təşkil edirdi. Müharibədə odun-alovun içindən çıxmış "smertniklər" bilirdilər ki, verilən müddət başa çatsa belə, onları azadlığa buraxmayacaqlar, bir bəhanə tapıb, yeni maddə yükləyəcəklər bellərinə.

Düşərgə işçilərinin "faşist" adlandırdıqları bu zümrənin gözlərində həmişə düşərgə rejiminə qarşı üsyan, kin və nifrət oxunardı. Hətta "Oğru"lar "58-lər"ə hörmətlə yanaşar, hər vasitə ilə onlara kömək etməyə çalışardılar. "58-lər" də "oğru "lar kimi kanal çəkilişində "saçkovatlıq" edir, fürsət düşən kimi işlətdikləri adi arabaları sındırır, bir tərəfdə qaladıqları tonqalın başına toplaşaraq pıçıldaşardılar.

Düşərgəmizdə Pronin familiyalı baş leytenant vardı. "Bespredel"dən tutmuş, "Oğru"ya qədər hamı insanlıq xasiyyətindən kənar xislətli bu "çaqqal "a nifrət edirdi. Bir gün o, tonqal ətrafında qızınan "58-lər"ə yanaşaraq:

– Hə, "faşist"lər, yenə dincəlirsiniz? Bəlkə meşədən giləmeyvə yığmaq könlünüzə düşüb? – deyərək hırıldadı.

Dörd-beş nəfər məhbus sevincək halda onun dediyi təklifi qəbul etdiklərini bildirdilər. Dustaqları meşəyə ötürən Pronin az sonra iz axtarıcı it dəstəsi ilə nəzarətçiləri onların ardınca göndərdi və tapşırıq verdi ki, "meyitlərini gətirin!"

Axşam vatnikləri it dişləri ilə didilmiş, güllələndikdən sonra beyinləri tökülmüş üç məhbusu xizəyin üstünə uzadaraq, dörd dustağa onu gəzdirməyi həvalə etdilər... Bundan sonra isə meyitləri kişkodroma (aşxanaya) gedən cığırın yanında sıraya düzdülər. Düz bir həftə onların meyitləri elə oradaca qaldı.

SLON-da işləyənlər əsasən siyasilər, əyalətlərdən yığılaraq göndərilən kolxozçular və "bespredelşik'lər idi. Əsl kommunistlər bəzən iki növbə donmuş torpağı lomlarla döyəcləyir, ayın axırına faiz yığırdılar. Ayın sonunda briqadirin iş cədvəlində "zərbəçilərin" adları qarşısında 80-90% yazılırdı, "Oğru"lar isə axşamadək baraklarda kart, şahmat oynayır, planı azı 110-120 faiz "ödəyirdilər".

Ukraynadan iki qardaş "krolik" etap olunmuşdu. Onlar ilk gün rekord – 260 faiz göstərici eldə etdilər. Düşərgə rəisi onlara mükafat kimi bir qutu pirojna verərkən, onlar "Sovet İttifaqına xidmət edirəm!"– deyib, qışqırdılar və söz verdilər ki, sabah həmin rəqəmi 300 faizə çatdıracaqlar. Şaxtada sıraya düzülmüş 300 nəfərə yaxın briqada üzvləri bu vədi eşidəndə uğuldadı və pıçıltı ilə kommunist qardaşları söyməyə başladılar.

Səhəri gün qardaşların "heykəlini" tapdılar. İşləyərək tərləmiş qardaşlar kürəklərini bir-birinə söykəyərək, azacıq dincəlmək istəyiblərmiş. Lakin hava çox şaxfalı olduğundan, elə yerlərindəcə donub heykələ çevrilmişdilər.

Mən bütün bunları görür, hər səhər öz-özümə içimdən gələn səslə "Sən yaşamalısan, Cəbrayıl, nəyin bahasına olursa-olsun, yaşamalısan" deyir, "Oğru"ların yanından uzaqlaşmırdım. Hərdən hamı barakdan çıxarılaraq işə göndərildikdə də çalışırdım ki, "adamyeyən" "betonomeşalka"lardan, girdabında minlərlə məhbus uyuyan dəhşətli yalquzaq uğultulu şlüzlərdən uzaq qaçım. Çox vaxt "professor" ləqəbli qocanın yanında olur, onun məsləhətlərilə durub-otururdum. O, əvvəllər də, yəni kanalın tikintisi yenicə başlayanda iki il burada "can qoymuşdu".

– Xəstələn, özünü dəliliyə qoy, briqadirə "pay" ver, çalış ki, mümkün qədər işə çıxmayasan, – deyirdi professor. Heç bir texniki vasitə olmadan iki il müddətinə 280 kilometr kanal çəkmək olar?! Çoxları heç bir həftə dözmürdü... İndi heç olmazsa, "betonomeşalka", traktor var, o vaxtlar hər iş əllə görülürdü və çəkdiyimiz kanal heç nəyə yaramırdı. Ancaq şalban axıtmağa yarayırdı, çünki həm darısqal, həm də çox dayaz inşa edilmişdi.

Düşərgədə azərbaycanlılar da vardı. Gəncədən iki qardaş – Aydın və "Ruf" ləqəbli digərini, Bakıdan Papaninli "Qorbatıy Azik"i, Mirzə Montinskini və Qala qəsəbəsindən olan Süleymanı, Hüseynağanı daha tez-tez görürdüm. Ünsiyyətimiz olmurdu, çünki şərait elə idi ki, hər kəs ancaq öz başının həşirində idi. Sabaha heç kəs ümidlə baxa bilmirdi.

1951-ci ildə mənim cəmi iyirmi yaşım vardı, ancaq bilirdim ki, "Oğru"larla birlikdə olaramsa, onların məsləhət və qanunlarına əməl edərəmsə, uzaqdan, əlçatmaz üfüqlərdən görünən işıq ucuna doğru gedə bilərəm.

Son vaxtlar yemək payımızı tamam azaltmışdılar, sinqa xəstəliyi ağzına almışdı düşərgəni. Cavan-cavan oğlanların dişləri damaqlarından uzanaraq, sanki əlahiddə dayanırdı. Çoxları normadakı qədər yemək paylarını ala bilmirdilər. Bir dəfə uşaqlar qarğa vurmuşdular. Saatlarla qaynatdıq, yemək mümkün olmadı, iki gün bişirdikdən sonra da əti yumşalmamışdı...

Bakupost.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 983   Tarix: 21 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin özünü buraxması: Qarabağda siyasi-hüquqi mərhələnin sonu

2023-cü il sentyabrın 19-20-də Qarabağda baş verən lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin və Cənubi Qafqazın siyasi reallığının ən mühüm dönüş nöqtələrindən biri oldu. Hadisələrin əhəmiyyəti yalnız 23 saatdan az davam edən hərbi əməliyyatın nəticələri ilə məhdudlaşmırdı. Bu prose

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Sentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK

21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm

19 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin süqutu: Qarabağda 30 illik separatizm necə başa çatdı?

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin tarixində dönüş nöqtəsi oldu. Sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini faktiki olaraq tam bərpa etdi. Hadisələrdən cəmi səkkiz gün sonra is

19 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Zeynəb Zamanovaya vəzifə verildi - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. xəbər verir ki, agentliyin İşə qəbul və Planlaşdırma şöbəsinin rəhbəri vəzifəsinə Zeynəb Zamanova təyin olunub. Qeyd edək ki, Zeynəb Zamanova 2022-ci ildən etibarən Dövlət Məşğulluq Agentliyind

19 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq

Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy

18 sentyabr