Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRHXəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvəl senytabr ayına qədər bölgəni tamamilə tərk edəcəyi ekspertlər tərəfindən ehtimal olunur. Qarabağdakı Rusiya sülhməramlılar çıxacağı təqdirdə regiona nəzarət tamamilə Azərbaycana keçir. Bunun baş verməsi Amerika və qərb dövlətlərini narahat edir. ABŞ xüsusilə Qarabağda Rusiya sülhməramlıların orada fəaliyyətinə razı deyil. Bununla yanaşı, Ermənistan tərəfi Rusiyadan təhlükəsizlik baxımından uzaqlaşaraq müəyyən addımlar atır. Ermənistan baş naziri Nikol Paşinyan daha əvvəl bildirdi ki, aqustun 1-dən "Zvartnots" hava limanından rus sərhədçiləri çıxarılmalıdır. Xüsusilə 5 aprel görüşündən sonra pərdəarxası məqamlar hələ də mövcuddur. Bu baxımdan hazırda Rusiya sülhməramıların bölgədən çıxmasını fürsət olaraq qiymətləndirən ABŞ və qərbi qüvvələri sülhməramlı adı altında Qarabağda fəaliyyət göstərməyə cəhd edə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Tərlan Eyvazov deyib ki, bu məsələ o vaxtlar Amerika və qərb dövlətləri tərəfindən gündəmə gətirilirdi:

"Əsasən Fransa bunun dəstəkçisi idi ki, Rusiya sülhməramlıları ilə birlikdə Qarabağda qərbin sülhməramlıları olsun. Əgər onlar çıxarılacaqsa, onların yerinə həm beynəlxalq missiya gəlsin, həm də erməniləri qoruyan qərbin sülhməramlıları gəlsin. Amma regiondan artıq bütün erməni separatçıları çıxdıqdan sonra, mülki əhalidə Qarabağı tərk etdi. Qarabağda cüzi sayda qalan erməni sakinlərinin dövlət orqanlarımız ilə problemi yoxdur. Bununla yanaşı bölgədə Rusiya sülhməramlılarının bölgədəki fəaliyyətinin bitdiyini başa düşərək, artıq xərc çəkməmək üçün oranı tərk edirlərsə, Qarabağa hər hansı bir qüvvənin gəlib yerləşməsinə heç bir ehtiyac yoxdur. Buna heç səbəb belə yoxdur. Həmin qüvvələr bu məsələni qaldırmaq istəsələr belə, mənasız olacaq. Çünki onlar kimi gəlib kimdən qoruyacaq? Azərbaycan orada ermənilər olduğu vaxtda heç bir qətliam yaxud soyqırımı törətməyib. Ona görə bu qüvvələrin sülhməramlı, hətta mülki missiyanın gəlməsinə belə ehtiyac yoxdur. Bu heç vaxt baş verməyəcək".

Qeyd edək ki, 2020-ci ilin sentyabrında başlayan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı zəfər Ermənistan hakimiyyətinin kapitulyasiya aktı imzalaması ilə nəticələnib.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1344   Tarix: 19 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər və mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların qarşılaşdığı aktual məsələlərdəndir. Bəzən insanlar yaşadıqları və ya illər əvvəl aldıqları evin sənədlərinin başqa şəxsin adına olduğunu sonradan öyrənirlər. Belə vəziyyətlərdə əmlakın faktik

5 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr