Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO
Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib.
Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərlə razılaşmayıb, həmkarına etirazını bildirib:
"Azərbaycanda dövlət maliyyə nəzarəti acınacaqlı vəziyyətdədir" kimi cümləni qəbul etmirik. Hesab edirəm ki, bu, görülən işləri ya görməzlikdən gəlmək, ya da üzərindən xətt çəkməkdən ibarətdir".
Qüdrət Həsənquliyev Tahir Mirkişilinin etirazına cavab verib:
"Mən Tahir müəllimin etirazını başa düşmədim. Əgər 31 auditdən 27-də büdcə qanunvericiliyinin pozulması aşkarlanıbsa, deyim ki, maliyyə intizamı yaxşı vəziyyətdədir? Bunu necə demək olar? 31 auditdən 27-də ciddi nöqsanlar aşkar olunub. Bu səbəbdən etiraz edəndə də gərək ədalətli olmağa çalışasınız".
Ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1852 Tarix: 19 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan əhalisi əczaçılıq xərclərini 22 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 212,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 21,
13 sentyabr40-dan yuxarı şagirdi olan siniflərin sayı açıqlandı
"Bizim ölkəmizdə 80 00 sinfimiz var. Bu siniflərdə 40-dan yuxarı şagirdi olan siniflərin sayı cəmi 600-dür". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu da ümumi siniflərin 1%-n
14 sentyabrAzərbaycanlı rejissorun xaricdə oğlu üzə çıxdı - 90 yaşı var
"Əlisəttar Atakişiyevin oğlu ilə bu günlərdə qohumlardan biri əlaqə saxlamışdı. Onların arasında telefon danışığı olub. Bilirsiniz ki, Əlisəttar Atakişiyevin filmləri bu gün efirlərdə nümayiş etdirilir və onun adına qonorar yazılır. Kinogildiyadan yığmışdılar ki, qonorarı onun oğluna necə çatdıraq
14 sentyabrYeni tədris ilində neçə nəfər təhsil alacaq?
"2026-2027-ci tədris ilində təqribən 2,2 milyon nəfər təhsil alacaq". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında bildirib. O bildirib ki, onların 124 mini birinci sinifdə təhsilə başlayacaq: "Təhsi
14 sentyabr