Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN - TƏKLİF
Bildiyimiz kimi, iki ölkə arasında danışıqlar prosesi çərçivəsində delimitasiya və demarkasiya prosesinə başlanılıb. Eyni zamanda işğal altında olan Qazaxın 4 kəndi geri qaytarıldı. Görünən odur ki, iki ölkə arasında danışıqlar prosesi vasitəçisiz öz müsbət nəticəsini verir. Bir neçə əvvəl Milli Məclisdə Azərbaycanda bədəlli -yəni ödənişli əsaslarla hərbi xidmətin tətbiq edilməsi ilə bağlı təkliflər irəli sürüldü. O cümlədən Azərbaycanda hərbi çağırış yaşının 18-dən 20-ə qaldırılması ilə bağlı müzakirələr hər zaman aktual olub. Bu baxımdan Azərbaycanda hərbi çağırış yaşı 20-ə qaldırıla bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Səxavət Məmmədli deyib ki, Azərbaycanda təkcə hərbi çağırış yaşının artırılması ilə bağlı deyil, ümumiyyətlə çağırışçıların son yaş həddinin endirilməsi ilə bağlı addımlar atılmalıdır:
"Belə ki, Azərbaycanda çağırışçıların son yaş həddi 35-dir. Hesab edirəm ki, bunun daha aşağı endirilməsi ilə bağlı işlər görülə bilər. Məsələn dünyanın bir çox ölkələrində maksimum hədd 30 yaşdır. Məsələn Rusiya və Ukrayna kimi müharibə aparan ölkələrdə yaş həddi 27-dir. Düşünürəm ki, bu yaş həddinin aşağı endirilməsi düzgün addım olar. Əslində bu vacibdir. 35 yaşda insan orada necə xidmət edə bilər? Həmin çağırışçını xidmətinin necə yararlı olacağına dair heç məlumat verə bilməz. Azərbaycanda hərbi çağırış yaşının 20-22-ə qaldırılması inandırıcı deyil. Bunun baş verməsi üçün əsaslandırmalar lazımdır. Hesab edirəm ki, bunları düşünmək lazımdır və birdən-birə verilə biləcək qərar deyil. Burada əsas məsələ son yaş həddinin endirilməsi ilə bağlı işlər görüləcək. Azərbaycan bu sahədə demək olar ki, digərlərindən çox geridə qalıb. Çünki 35 yaş həddi həddindən artıq çoxdur və bununla bağlı münasib işlər görülməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1692 Tarix: 29 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl
5 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabr