COP29-la bağlı iki xəstəxana ayrılıb
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar tədbirlər planının icrası məqsədi ilə TƏBİB-də İşçi Qrupu yaradılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, COP29-un keçiriləcəyi məkanda tədbirin ilk günü TƏBİB tərəfindən yaradılan 4 tibb məntəqəsi, 4 təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək:
"Ümumilikdə tədbirin keçiriləcəyi müddətdə 30 təcili tibbi yardım briqadasının xidmət göstərməsi planlaşdırılır. Tədbirin keçiriləcəyi müddətdə mindən çox qonaq sayının məskunlaşdığı ərazilərdə 24 saat tibb məntəqəsi və tibbi yardım briqadaları fəaliyyət göstərəcək.
Stasionar tibbi xidmət zərurəti yarandığı hallar üzrə Mərkəzi Neftçilər Xəstəxanası və "Yeni Klinika" ixtisaslı tibbi xidmətin göstərilməsi üçün ayrılıb. Mərkəzi Neftçilər Xəstəxanasında ümumilikdə 60 çarpayı olmaqla, 10 çarpayılıq Yanıq Mərkəzi də yaradılacaq. "Yeni Klinika"da isə stasionar xidmət üçün 550 çarpayı nəzərdə tutulub. Bundan başqa, infeksion xəstəliklər və ya fövqəladə hal ehtimalı nəzərə alınaraq Məmmədli, Bilgəh və Kliniki Tibbi Mərkəzin nəzdindəki modul tipli xəstəxanaların da fəaliyyəti xidməti zərurət üçün uyğunlaşdırılıb".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1040 Tarix: 06 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrŞəhid anası yol qəzasında həlak oldu (FOTO)
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind
5 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr