Xaləddin İsgəndərovun oğluna məxsus 4 şirkət bağlandı
İqtisadiyyat Nazirliyini yanında Dövlət Vergi Xidməti mayın 6-da 9 şirkətin ləğv edildiyini açıqlayıb.
İqtisadiyyat.az-ın araşdırmasına görə, bunlardan 4-ü 2015-ci ilin oktyabr ayında qeydiyyata alınıb və birbaşa və ya dolayısı ilə "Synergy Group" ASC şirkətlər qrupuna aiddir.
Söhbət "CAPITAL VISION", "INVEST FUTURE", "INVEST ALLIANCE" və "INVEST SOLUTİONS" şirkətlərindən gedir. Belə ki, sözügedən şirkətlər "Synergy Group"la eyni ünvanda – Bakı, Zərifə Əliyeva küçəsi 55-də ("Yeni Həyat" biznes mərkəzi) qeydiyyata alınıb. Şirkətlərin nizamnamə kapitalı 10 min manatdır. Maraqlıdır ki, kommersiya hüquqi şəxslərin reyestrinə bu şirkətlər haqqında hər hansı bir məlumat yoxdur.
Qeyd edək ki, "Synergy Group"un hazırki qanuni təmsilçisi, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışmış mərhum Fazil Məmmədovun bacısı oğlu və 2012-2018-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərovdur. Şirkətlər qrupunun nizamnamə kapitalı 50 milyon manatdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1156 Tarix: 06 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrŞəhid anası yol qəzasında həlak oldu (FOTO)
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind
5 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr