Belarus Prezidenti Azərbaycana dövlət səfərinə gəlir
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlir.
Bu barədə Belarus liderinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək.
Prezidentlər müxtəlif sahələrdə, o cümlədən ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi vurğulanmaqla, ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirəcəklər.
Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda və inteqrasiya birliklərində əməkdaşlıq olacaq. Dövlət başçıları regionda və bütövlükdə dünyada vəziyyəti müzakirə edəcəklər. Danışıqların yekunu olaraq ikitərəfli sənədlər paketi imzalanacaq.
Bakıda Aleksandr Lukaşenko və İlham Əliyev Azərbaycanın beynəlxalq kənd təsərrüfatı sərgisi olan "Caspian Agro"ya baş çəkəcək, burada Belarus və Azərbaycanın ekspozisiyaları, kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsi ilə tanış olacaqlar./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1071 Tarix: 15 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabr