"İran-Azərbaycan münasibətlərinin normal qaydada saxlanılması faydalıdır" Ekspert
Ötən ilin yanvar ayında İranda səfirliyimizə qarşı törədilmiş terror hücumundan sonra İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub.S əfirliyin yeni məkanı artıq müəyyən edilib. Hal-hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür. Qeyd edilən işlər yekunlaşandan sonra səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır.
Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmməd Sonxeber.az-a açıqlama verib.
Ekspert İran kimi dövlət ilə Azərbaycanın münasibətləri normal qaydada saxlanılması faydalıdır:
"İran və Azərbaycan arasında münasibətlər sona qədər bu şəkildə gedə bilməzdi. Əlbəttə İran və Azərbaycan arasında dost və qardaş münasibəti olmayacaq. Amma İran kimi dövlət ilə Azərbaycanın münasibətləri normal qaydada saxlanılması faydalıdır. Çünki İran son olaraq İsrail toqquşması, ABŞ-ə qarşı gəlməsi onu göstərir ki, İran təhlükəli dövlətdir. Hazırda normal münasibətlər saxlanmalıdır. İran və Azərbaycan arasındakı münasibətlərin düzələcəyi barədə siqnallar da var idi. Son dönəmlərdə Azərbaycan Müdafiə Nazirinin müavini də İrana səfər etmişdi, bundan əlavə ticarət əlaqələri davam edirdi. Hesab edirəm ki, səfirliyin açılması düzgündür. İki ölkə arasında münasibətlər normal şəkildə davam edəcək. Hər iki ölkənin maraqları var. Hazırki zamanda Azərbaycana düşmən yox, normal münasibəti olduğu qonşu lazımdır. Hesab edirəm ki, İran da bu ölkələrdən biridir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA