Bir ildə 74 min ABORT: Səhiyyə sistemində DƏYİŞİKLİKLƏR EDİLSİN - ARAŞDIRMA

Bir ildə 74 min ABORT: Səhiyyə sistemində DƏYİŞİKLİKLƏR EDİLSİN - ARAŞDIRMAXəbər verdiyimiz kimi, ötən il Azərbaycanda 74 minə yaxın abort qeydə alınıb. Bu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb. Mütəxəssislər mövcud vəziyyətlə bağlı bildiriblər ki, bu kimi halların artması gələcəkdə ciddi problemlərdən xəbər verir. Məlumatda bildirilib ki, müraciət edənlərin əksəriyyəti evlilikdən kənar olan, planlaşdırılmamış hamiləliklərdir. Müraciət edənlərin yaş həddi isə 20-40 arasında olur.

Ümumiyyətlə abort hamiləliyin tibbi yolla sonlandırılmasıdır. Əlbəttə ki, bu xanımlar müəyyən səbəblərdən aborta üz tutur. Bəs bunun səbəbi nə ilə bağlıdır? Abortlar orqanizmdə hansı fəsadlar yaradır? Bu gün qadınlar abort üçün nəyi əsas gətirirlər? Yəni övladın qüsurlu doğulacağı ehtimalı, yoxsa cinsiyyətə görə abort etdirilir?

Məsələ ilə bağlı Sonxeber.az-a danışan ginekoloq Rəşad Sultan deyib ki, hamiləlik baş veribsə bu bir şəkildə sonlanmalıdır. Bunun sonlanma şəkli ya abortdur, ya düşük, ya doğum və qeysəriyyədir. Hamiləliyin başlanması və sonlanması özü bir riskdir. Bunların içərisində ən az risk olan abortdur. Çünki həftələr keçdikcə risklər artır:
Bir ildə 74 min ABORT: Səhiyyə sistemində DƏYİŞİKLİKLƏR EDİLSİN - ARAŞDIRMA"Hamiləlik sonlananda qanlı hadisədir. Burada həmişə qanaxma riski var. Hamiləlik hansı şəkildə sonlanırsa sonlansın yeni bir infeksiya üçün açıq qapıdır. Bu baxımdan bir infeksiya riski var. Abort özü bir cərrahi müdaxilədir və bu müdaxilə əsnasında uşaqlıq zədələnə bilər. Hətta bu uşaqlığın götürülməsinə qədər iş gedib çıxa bilir. Qanaxma və infeksiya ilə birlikdə bu fəsadlarıda var. Milyonda bir ehtimallar olsa belə, hər hansı bir orqanın zədələnməsi hallarının baş verməsi mümkündür. Ona görə də biz həkimlər deyirik ki, uşaq istəmirsənsə, hamilə qalmasan daha yaxşıdır. Yəni etik səbəblər bir yana, bu sağlamlıq üçün bir riskdir. Bunun fəsadları haqqında biz həkimlər məlumat verməli və təbliğat aparmalıyıq. Hamiləlikdən qorunmaq istiqamətində isə xəstələri məlumatlandırmalı və yardım göstərməliyik".

Ginekoloqun sözlərinə görə, işin biraz etik-ictimai tərəfləri haqqında məqamlar var. Bir çox inkişaf etmiş ölkələrdə, Amerikanın bəzi ştatlarında abort qadağan olunub. Həm bir həyata sona qoymaq hadisəsi olduğuna görə, həm də inkişaf etmiş ölkələrdə bu qanunları rəhbər tutaraq bizim kimi inkişaf etməkdə olan ölkələrdə bəzi insanlar deyir ki, abort qadağan edilsin:

"Bunu demək asandır. Bunu heç kim istəməz . Nə həkim, nə də abort etdirən qadın bir cana qıymaq istəməz. Amma abort qadağan edilsin deməzdən əvvəl özümüzü həmin cəmiyyətlər ilə müqayisə etməliyik. Abort etdirən səbəbləri bilməli və biz o səbəbləri aradan qaldırmalıyıq ki, sonra qadın deyək ki, uşağın həyatını sonlandırmasın. Bunlar ictimai, maddi və şəxsi səbəblər ola bilər. Evində 3 dənə uşaq olan bir qadın maddi sıxıntılar içərisindədir. Bu qadın 4-cü uşağı necə dünyaya gətirsin. İkincisi biz nə dərəcə hamiləlikdən qorunma ilə bağlı tədbirlər görmüşük. Buna maarifləndirmədən tutmuş fiziki təminata qədər məsələlər daxildir. Üçüncüsü isə bizim cəmiyyət nikahda olmayan bir qadının uşaq dünyaya gətirməsinə nə dərəcədə hazırdır? Bu gün nikahda olmayan bir qadını uşaq gətirdiyi zaman həmin ananın və uşağın özünü həyatının sonuna qədər qınayırlar. Amma sonra deyirlər ki, abort elətdirməyin. Hər ikisini edən bizik. Abortu qadağan eləmək üçün bu məsələləri aşmaq lazımdır. Qanunla aborta ancaq tibb müəssisələrində etmək olar. Bu gün abortu Azərbaycanda qadağan etsələr, tibb müəssisələrindən kənar kriminal abortlar və fəsadlar artacaq. Ona görə də, abortu qadağan etməkdən əvvəl bu məsələlərə ictimaiyyət öz fikrini bildirməlidir".

Rəşad Sultan deyib ki, cinsiyyətə görə abort etdirən ilə tamam ayrı bir mövzudur və biz bunların əleyhinəyik. İki səbəbdən irəli gəlir. Bunun səbəbi qadın və kişi say bərabərliyinin balansını pozur. Ona görə də selektiv abortlar bəşəriyyətə qarşı bir cinayətdir:

"İkincisi övlad seçmək insani olaraq yolverilməzdir. Bu valideyn adına xələldir. Övladın cinsiyyəti olmaz. Üçüncüsü selektiv abort 12 həftədən əvvəl mümkün deyil. 12-ci həftədən uşağın cinsiyyəti formalaşır və təyin edilə bilər. 12 həftədən sonra həm qanun ilə qadağandır, həm də tibbi olaraq fəsadları daha çoxdur. Ona görə də selektiv abortlar yolverilməzdir. İnsanı cəhətdən, həm də hüquqi cəhətdən cinayətdir. Bir də var ki, tibbi göstərişlər ilə bağlı abortlar. Tibbi göstərişlər ilə bağlı olan abort odur ki, hamiləliyin gedişatında və sonra ananın yaxud uşağın gedişatı üçün ciddi risklər var. Ana da ciddi ürək xəstəliyi varsa, hamiləliyi davam etdirə bilməz. Digər tərəfdən uşaqda ciddi qüsur var və doğulduqdan sonra öləcək. Bununla bağlı tibbi konsilium qurulur. Bu qayda qanundur və dünyanın hər bir yerində buna icazə var. Sonda qərar qəbul edilir ki, hamiləlik sonlandırılsın".

Sosioloq Mətanət Məmmədova deyib ki, 74 minə yaxın abortun bir il ərzində baş verməsi çox utandırıcı bir rəqəmdir. Bu insanlığa yaraşmayan bir hərəkətdir. 74 minə yaxın uşağın abort olunması biz anaların, qadınların, 74 minə yaxın canlını məhv etməsi deməkdir:
Bir ildə 74 min ABORT: Səhiyyə sistemində DƏYİŞİKLİKLƏR EDİLSİN - ARAŞDIRMA" Bunun başlıca səbəbi isə, bu sahə üzrə maarifləndirmə işlərinin çox zəif olmasıdır. Başqa bir səbəbi də var ki, qız övladının istənilməməsidir. Uzun illərdir bu problem hələ də davam edir. Bunun bir tərəfi qadınlar ilə bağlıdırsa, digər tərəfi onların yoldaşları və ailələri ilə bağlıdır. Yəni ailədə bir qız varsa, ikinci oğlan istənilir. Digər tərəfdən iki qız varsa, üçüncünün oğlan olmasını istəyirlər. Buna görə də qadınlar müxtəlif müayinələrə üz tuturlar. Üç aylıq dövrdən və uşağın cinsiyyəti qız olduğu məlum olandan sonra aborta baş vururlar. Bunun bir tərəfi ailələr ilə bağlıdır. Bu problemin aradan qaldırılması üçün ciddi tədbirlərə əl atmaq lazımdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Səhiyyə Nazirliyi tərəfindən bu problem öz əksini tapmasa, abortların sayı daha da artacaqdır".

Sosioloqun sözlərinə görə, aborta qadınlar müxtəlif səbəblərdən gedir. Onların hamısını günahlandırmaq olmaz. Elə qadınlarımız var ki, onlar həyat yoldaşları və qaynanaları tərəfindən istəmədən aborta göndərilir. Bu da ailə qız və oğlan övladı balansının pozulmasıdır:

"Onlar istəyirlər ki, 1-2 qızdan sonra oğlan dünyaya gəlsin. Elə ailələr var ki, qız övladı istəmir oğlan istəyir. Ona görə də bir iki uşaqdan sonra qadın aborta göndərilir. Bu sahədə maarifləndirmə işləri 0 dərəcədədir. Amma səhiyyə sistemində elə bir sistem qurulmalıdır ki, qadınların aborta getmək səbəbləri müəyyənləşdirilməlidir. Yəni onlar hansı səbəbdən aborta üz tuturlar. Eyni zamanda müəyyən qadağalar qoyulmalıdır ki, hansı halda abort olunan bilər yaxud olmaz. İllər əvvəl Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən belə bir sistem tətbiq olunmuşdu və çox gözəl effekt vermişdi. Səbəbi müəyyən etdikdən sonra, tibbi göstəriş əsasında abort olunursa, icazə verilirdi. Qeyri-halda isə abort olunmurdu. Çox gözəl nəticə vermişdi. Bu gün amma orada kim nə vaxt istədi abort olunmaq üçün müraciət edə bilir. Ümid edirəm ki, həmin sistem ölkəmizdə tətbiq olunar. Belə olmasa abortların sayı ildən-ilə artacaqdır".

Sevda Səfərova

Bir ildə 74 min ABORT: Səhiyyə sistemində DƏYİŞİKLİKLƏR EDİLSİN - ARAŞDIRMA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 760   Tarix: 21 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadeful ilə görüşüb. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X"dəki hesabında məlumat yayıb. Müzakirələr Azərbaycan-Almaniya ikitərəfli əlaqələrini

14 fevral
.

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

"Biz hərbi-texniki əməkdaşlığı müzakirə etdik. Əməkdaşlıq yaxşı gedir". xəbər verir ki, bunu Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iki ölkə arasında mətbuata bəyanatlarla çıxışında deyib. "Xarici işlər nazirliklərimiz səviyyəsind

15 fevral
.

Prezident İlham Əliyevin Münhendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münhendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində genişləndirilməsi ilə bağlı məsələlə

14 fevral
.

Avropa Komissarı: "TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər"

"Regionda böyük dəyişikliklərin baş verdiyinin şahidiyik və bu, sülh olmadan mümkün olmazdı". AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos Münhendə "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusund

14 fevral
.

İlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Serbiya Prezidenti bəyanatla çıxış etdi. Prezident Aleksandar Vuçiçin bəyanatı. - Hörmətl

15 fevral
.

Məşhur meyxanaçı ağır əməliyyatdadır

Meyxanaçı Orxan Lökbatanlı səhər saatlarında əməliyyata girib. -ın verdiyi məlumata görə, ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı hazırda əməliyyatdadır

16 fevral
.

QMİ-dən həcc ziyarətinə hazırlaşanlara XƏBƏRDARLIQ

"2026-cı il üzrə həcc mövsümü üçün sənəd qəbulunun müddəti uzadılıb". Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib:. Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən

15 fevral
.

Maqnit qasırğası olacaq

Maqnit qasırğası olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, 16-22 fevral tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 75%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 5%, X (R3) sinif alışmanın baş verməs

16 fevral
.

Türk brendlərinin mövqeyi sarsılır: Azərbaycan bazarında yeni oyunçular

Son illərdə Azərbaycan geyim bazarında aparıcı mövqeyə malik olan Türkiyə məhsulları həm qiymət, həm də çeşid baxımından əsas seçimlərdən biri hesab edilirdi. Lakin 2026-cı ilin əvvəlindən etibarən bu istiqamətdə müşahidə olunan dəyişikliklər diqqət çəkir. Rəsmi məlumatlara görə, yanvar ayında Azərbayca

15 fevral