"Azərbaycan-Belarus münasibətləri dostluq və qardaşlıq prinsipləri üzərində bərqərar olub" - DEPUTAT

"Azərbaycan-Belarus münasibətləri dostluq və qardaşlıq prinsipləri üzərində bərqərar olub" - DEPUTAT" Azərbaycan və Belarus prezidentlərinin dostluq münasibətləri ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsinə xidmət edir".

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan-Belarus münasibətləri dostluq və qardaşlıq prinsipləri üzərində bərqərar olub:

"SSRİ-nin dağıldıqdan sonra postsovet məkanında yaranmış mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq,Azərbaycan və Belarus arasında münasibətlər xalqlarımızın maraqlarına uyğun şəkildə inkişaf etməkdədir. Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri bu münasibətlərin dostluq xarakteri daşımasının əyani göstəricilərindəndir. Qarşılıqlı səfərlərin intensivliyi və imzalanmış müqavilələr siyasi-iqtisadi əlaqələrin dinamik inkişafı üçün müsbət zəmin yaratdı. Hər iki ölkə başçısı dövlətlərarası münasibətlərin günbəgün inkişaf etdirilməsində maraqlıdır.

Bu gün Azərbaycan və Belarus parlamentləri arasındakı əməkdaqşlıq yüksək səviyyədədir. Hər iki ölkənin Milli Məclisi arasındakı əlaqələrin inkişafı üçün parlamentarilərdən ibarət xüsusi işçi qrupları yaradıblar. Belarus və Azərbaycan Parlamentlərarası İttifaqın (PAİ), MDB Parlament Assambleyalarında, ATƏT və QDİƏT-də sıx əməkdaşlıq edir. Bundan başqa, iki ölkə arasında mədəni əlaqələr də qorunub saxlanılır və fəal inkişaf etdirilir".

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı bizə daim mənəvi dəstək olan ölkələrdən biri də Belarus idi:

"Cənab Lukaşenkonun ölkəmizdə olan zaman işğaldan azad olunmuş ərazilərimizə səfər etdi. Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəmizə rəsmi səfəri zamanı Qarabağın dirçəldilməsi prosesinə ölkəsinin də töhfə verməyə hazır olduğunu göstərmiş oldu. İnanıram ki, iki dövlət arasındakı səmimi və müsbət münasibətlər hər bir sahədə əməkdaşlığı daha da artıracaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 655   Tarix: 20 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr