Jurnalistlər "İnsan hüquqları aylığı" çərçivəsində keçirilən təlimdə iştirak ediblər - FOTOLAR
İyunun 12-də "İnsan hüquqları aylığı" çərçivəsində media nümayəndələri Hüquq və İnsan Haqları İnstitutu və Medianın İnkişafı Agentliyi tərəfindən təşkil edilən insan hüquqları mövzusunda təlimə qatılıblar.
Sonxeber.az xəbər verir ki, təlimin məqsədi mediada insan hüquqlarının pozulmasının qarşısını almaq, gender və hüquq bərabərliyini təbliğ etmək, insan ləyaqətinə hörməti artırmaq və jurnalistlərdə peşəkar yanaşmanı təşviq etməkdir.
İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev insan hüquqlarının müdafiəsi sahəsində təşkil edilən silsilə maarifləndirici təlimlərdən söz açaraq bildirib ki, İnstitut təkcə dövlət qurumlarının əməkdaşları üçün deyil, həm də bu istiqamətdə davamlı olaraq geniş ictimaiyyət üçün təbliğat və təşviqat tədbirləri həyata keçirir. Sədr müavini Agentlik ilə səmərəli əməkdaşlıq nəticəsində jurnalistlərlə növbəti dəfə bir araya gəldiklərini də diqqətə çatdırıb.
Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova tədbirin İnsan hüquqları günü ərəfəsində keçirilməsinə diqqət çəkərək media məhsullarının hazırlanması zamanı insan hüquq və azadlıqlarına əməl edilməsinin müstəsna əhəmiyyət daşıdığını, həm "Media haqqında" Azərbaycan Respublikası Qanununun, həm də Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının bu məsələyə münasibətdə birmənalı və həssas yanaşma sərgilədiyini bildirib, habelə Agentlik tərəfindən müvafiq istiqamətdə həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Təlimdə insan hüquqları müdafiəsi, jurnalist etikası və nifrət nitqinin qarşısının alınması mövzuları müzakirə olunub. Təlimin sonunda jurnalistlərə sertifikatlar təqdim edilib.





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər