Azərbaycanda yas yasa qarışdı: Hüzrə aparılan körpəni maşın vurub öldürdü
Lənkəran rayonunda baş verən qəzada xəsarət alanların sağlıq durumu açıqlanıb.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev "Report"un Cənub bürosuna bildirib ki, iyunun 12-də axşam saat 21:35-də rayonun Yuxarı Nüvədi kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir qadın, iki uşaq qapalı kəllə-beyin travması, sol mil, sol bazu, kürək sümüklərinin sınıqları, döş qəfəsinin küt travması diaqnozları ilə təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Yaralılara ilkin tibbi xidmətlər göstərilib. Azyaşlılardan biri reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların müalicəsi davam etdirilir.
12.06.2024, 23:24
Lənkəranda yas mərasimindən qayıdan nənə və azyaşlı nəvələrini maşın vurub.
APA-nın məlumatına görə, hadisə axşam saatlarında Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.
S.Quliyev adlı şəxsin idarə etdiyi VAZ-2105 markalı minik avtomobili 2021-ci il təvəllüdlü Duyğu Məmmədlini, 2019-cu il təvəllüdlü U.Məmmədlini və nənələri 1968-ci il təvəllüdlü Mərziyyə Fitat qızı Ağaliyevanı vurub.
Hər üç yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Üç yaşlı nəvənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, üç yaşlı Duyğu Məmmədlinin həyatını xilas etmək mümkün olmayıb.
Nənə və beş yaşlı nəvənin müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər