Azərbaycanda qazi və şəhid ailələlərin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
Azərbaycanda şəhid ailələlərin bütün üzvləri mənzil növbəsinə dayana biləcək.
Sonxeber.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna təklif edilən dəyişikliklə bağlı danışarkən deyib.
Komitə sədrinin sözlərinə görə, bir müddət əvvəl parlamentə adıçəkilən kateqoriyadan olan şəxslərin mənzil növbəsi ilə bağlı müəyyən müraciətlər daxil olurdu ki, Qarabağ qazisi növbədə olarkən dünyasını dəyişirdisə onun ailə üzvləri həmin növbədən avtomatik çıxarılırdı: "Ona görə də bununla bağlı boşluğu qanunvericilikdə aradan qaldırdıq. Statusa sahib olmayan digər ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək".
"Eyni prosesi bir neçə hallarda şəhid ailələri arasında da müşahidə etdik. Ona görə də aidiyyəti üzrə bütün məsələlər müzakirə olundu və qanunvericiliyə müvafiq düzəlişlər edilib. Əgər şəhidin həyat yoldaşı dünyasını dəyişirsə, şəhidin övladları status yaşından keçirdisə, mənzil növbəsinə iddialı ola bilmirdilər. Bundan sonra yeni dəyişikliklə şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək", - M.Quliyev vurğulayıb.
Sədr eyni zamanda bildirib ki, bu günə qədər Azərbaycanda 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi mənzillə təmin olunub: "Proses demək olar ki, yekunlaşmaq üzrədir. Yəqin ki, il yarım ərzində bu kateqoriyadan olan bütün vətəndaşlarımız mənzillə təmin olunacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər