Tələbələrin təqaüdləri 250 manata QALDIRILIR? - AÇIQLAMA
Bu gün tələbələrə verilən təqaüdlər onların aylıq ehtiyacını qarşılamır. Sosial vəziyyəti aşağı olan və xüsusilə rayondan gələn tələbələrin xərci həqiqətən valideynləri çətin vəziyyətə salır. Paytaxt və ətraf ərazilərdə tələbələr əsasən kirayədə qalır. Çünki bir sıra universitetlərin yataqxanalarının şəraiti əlverişsizdir. Belə olan təqdirdə tələbə kirayə pulunu qarşılamaq üçün ya işləmək məcburiyyətində qalır, ya da ailəsi ona maddi dəstək göstərir. Bu da ailənin sosial vəziyyətinə təsir. Azərbaycanda tələbələrə verilən təqaüd növbəti tədris ilinə qədər 250 manata qaldırıla bilər.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil eksperti Elçin Əəfəndi deyib ki, tələbə təqaüdlərinin verilməsi ilə bağlı müvafiq olaraq dövlət başçısı sərəncam imzalayır. Ümumilikdə tələbə təqaüdünün artımı ilə bağlı müvafiq sərəncamı cari ilin sonlarına doğru görə bilərik:
"Hal-hazırda düşünmürəm ki, bu baş versin. Çünki hər il imtahanlar başa çatdıqdan sonra müvafiq olaraq 102 nəfər prezident təqaüdünə layiq görülür. Onlar ilə bağlı sərəncam təxminən sentyabrın sonu oktyabrın əvvəllərinə doğru təsadüf edir. Həmin ərəfədə tələbə təqaüdlərinin artırılması ilə bağlı hər hansı bir sərəncam verilə bilər. Yəni bu gözlənilən bir prosesdir və qeyd edim ki, cari ilin sonuna doğru baş tutması mümkündür. Tələblərin, xüsusilə rayondan gələn tələbələrin paytaxtda fəaliyyət göstərən universitetlərdə təhsil aldıqları dövr ərzində müəyyən mənada maddi baxımından əziyyət çəkirlər. Düşünürəm ki, universitetlər və müəyyən təşkilatlar bu istiqamətdə dəstək olsunlar".
Ekspertin sözlərinə görə, yataqxana məsələsi bəzi universitetlərimizdə tam olaraq qaydasında deyil. Qaydasında olan yataqxanalarda isə məcburi köçkünlər qalır:
"Tələbələrin əksəriyyəti kirayədə qalır. Bu da onlara maddi cəhətdən təsir etmiş olur. Universitetin özü və təşkilatlar tələbələrə müəyyən ödənişlər ayırmaqla bağlı yaxşı fikirləşməlidir. Tələbələrə aid olan təqaüdlər onların ehtiyaclarını ödəməyəcək səviyyədə artırılmalıdır. Amma bu dövlət başçısının səlahiyyətində olan bir məsələdir. Bu da cari ilin sonuna gözlənilir. Sözügedən təqaüdün 250 manata qədər qaldırılacağını düşünmürəm. Ola bilər ki, bu hal əlaçı tələblərə aid edilsin. Amma digər zərbəsi və adi kateqoriyalar üzrə təqaüdlərin artırılmasını gözləmirəm. Yalnız bu rəqəm əlaçılara aid edilə bilər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər