Maşını qanunsuz idarə edən şəxs intihara cəhd edib
İmişlidə avtomobili qanunsuz idarə edən qazi intihara cəhd edib.
"Qafqazinfo" xəbər verir ki, iyunun 12-si saat 08 radələrində İmişli rayonunda 2-ci Qarabağ müharibəsi iştirakçısı 1992-ci il təvəllüdlü Həsənov Allahşükür Vaqif oğlu yol polisi tərəfindən saxlanılıb.
Belə ki, o, 99-MP-301 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobili etibarnamə olmadan və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik etdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb.
Rayon ərazisində avtomobillə təhlükəli manevrlər edən sürücü özünü müharibə iştirakçısı kimi təqdim etməklə, avtomobili istədiyi kimi idarə edəcəyini əsas gətirərək qanunsuz hərəkətlərini davam etdirib.
İdarəetmə hüququ olmadan idarə edilən avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Sürücü barəsində toplanan materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bu gün səhər saatlarında A.Həsənov duracağa gələrək qanunsuz tələblər irəli sürməklə üzərinə yandırıcı maddə tökərək intihara cəhd edib. Cəhdin qarşısı ətrafda olan şəxslər tərəfindən alınaraq o, xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiqləyiblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 897 Tarix: 13 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabr3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabr