Elmira Əliyevanın oğlu: "Anam dünyasını dəyişəndə heç bir sənət yoldaşı bizə başsağlığı vermədi"

Elmira Əliyevanın oğlu: "Anam dünyasını dəyişəndə heç bir sənət yoldaşı bizə başsağlığı vermədi""Mənim anamın Azərbaycan incəsənətinə töhfələri az olmayıb. İstər "Lalə qızlar ansamblı"nda, istərsə də xanəndəlik sahəsindəki uğurlu fəaliyyəti onu xalqın sevimlisinə çevirdi. Amma nədənsə bu gün adı heç bir yerdə çəkilmir. Anam müğənnilikdən əlavə, həm də pedaqoji fəaliyyətlə məşğul olub. O "Leyli və Məcnun" əsərini ingilis dilinə tərcümə edib və sonra onu ifa edib. Hər zaman sənəti ilə yaşayırdı, şadlanırdı. Sənəti onun xoşbəxt qadın olmağına mane oldu. Hər şeydən əl çəkdi, özünü unutdu, təkcə sənətini uca tutdu. Amma anamın bu gün adını heç çəkən yoxdur".

Bunu Moderator.az-a açıqlamasında mərhum müğənni Elmira Əliyevanın oğlu Elbrus Əliyev deyib. O bildirib ki, anası tez-tez xəstəxanaya gedirmiş:

"Müalicə alıb, həftələrlə orada yatırdı. Deyirdi ki, həkimlər başıma dolanır, mənə yaxşı qulluq edirlər. Anamdan xahiş edirdilər ki, mahnı oxusun. Anam oxuyurdu, onlar qulaq asıb alqışlayırdılar. Xəstəxanada çox qala bilmirdi. Deyirdi ki, sən evdəsən, mən burada, darıxmışam sənin üçün. Maddi imkanımız, ailə vəziyyətimiz ağır idi. Məcburiyyətdən anamı xəstə halı ilə evdə təkbaşına qoyub iş arxasınca gedirdim. Məcbur idim. Evdə oturanda heç kim gətirib insana çörəkpulu vermir. Bir pişiyimiz var. Onu anamın yanında qoyub işə gedirdim. Gəlib görürdüm ki, pişik səhərə qədər anamın yanından əl çəkməyib. Anam dünyasını dəyişəndən sonra pişik bir müddət çarpayısının üstündən durmadı".

Elbrus Əliyevin sözlərinə görə, anasının arzularının heç biri həyata keçməyib:

"Mənə deyirdi ki, yaşım 80-ni adlayıb, mənim yaşımdakıların artıq nəvəsi var. Çox istəyirdi ki, ailə həyatı qurum. Amma bu məndən asılı deyildi. Evsizlik, şəraitsizlik məni bu yoldan çəkindirirdi. Qismət belə oldu ki, nə mənim toyumu gördü, nə də nəvəsini. Düzdür, bu günə qədər də evlənməmişəm. Qapımızı açanlar da az idi. Anam dünyasını dəyişəndən sonra bir sənət yoldaşı da gəlmədi. Bir dəfə də başsağlığı vermədilər. Bu gündən hamı üçün var. Yenə də düşünürəm ki, bəlkə, məni tanımırdılar. Amma ən azından soruşub, araşdırıb gəlib tapa bilərdilər. Vaxtilə anama da mane olanlar var idi. Ona görə də nə fəxri ad ala bildi, nə də gözəl həyat sürdü".
Elmira Əliyevanın oğlu: "Anam dünyasını dəyişəndə heç bir sənət yoldaşı bizə başsağlığı vermədi"Elmira Əliyevanın oğlu: "Anam dünyasını dəyişəndə heç bir sənət yoldaşı bizə başsağlığı vermədi"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 939   Tarix: 13 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr