Azərbaycanda qazın limiti ARTIRILIR? - AÇIQLAMA
Hazırda əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsinin qiyməti 12 qəpikdən hesablanır. 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün isə müvafiq olaraq 20 və 25 qəpik müəyyən edilib. Ümumiyyətlə ölkə üzrə insanları qayğılandıran əsas məsələlərdən biri də qaz limitinin sıfırlanması məsələsidir. Demək olar ki, ölkəmizdə hər ilin əvvəlində limitlərin yenilənməsi tətbiq edilir.
Qaz limitinin ləğvi tez-tez gündəmə gəlsə də, limitin artırılması məsələsi də bir o qədər müzakirə olunur. Bu il ərzində qaz limitinin artırılması gözləniləndir? Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Sonxeber.az-a açıqlama verib:
" Hazırda bu məsələ ilə əlaqədar hər hansı müzakirənin getdiyini müşahidə etməmişəm. Hökumətin aidiyyatı qurumlarının verdiyi ictimai mesajlar və əks arqumentləşdirmə cəhdləri isə onu deməyə əsas verir ki, cari şərtlər daxilində limitlərin artırılması istiqamətində hər hansı ehtimal yoxdur. Xüsusi ilə də nəzərə alsaq ki, hazırda hökumətin işğaldan azad edilmiş ərazilərin quruculu aspektindən hər zamankından daha çox vəsaitə ehtiyacı var. Kommunal xidmətlər istiqamətində hər hansı güzəştlərin verilməsi gözlənilən deyil. Həmçinin yaşıl konsepsiyalar enerjidən səmərəli istifadə yollu ilə istixana qazlarının azaldılması, bu məqsədlə də enerji qiymətlərinində səmərəsiz istifadədən caydırıcı olması kimi məqamları ilə günümüzdə daha çox müzakirə olunur. Bu şəraitdə hökumət müvafiq təklifləri bütün imkanları ilə qəbul etməyəcək".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər