Qurban bayramı ilə əlaqədar vətəndaşlara MÜRACİƏT
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birgə Qurban bayramında heyvanların kəsimi prosesinə sistemli və kompleks nəzarət həyata keçirəcək".
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, Qurban bayramı ilə əlaqədar 147 ünvanda kəsim və satış olacaq.
E.Mikayılov bildirib ki, həmin ünvanların bəzilərində yalnız kəsim, digərlərində kəsim və satış, qalanlarında isə yalnız satış olacaq.
"Heyvanları əldə etmək istəyən vətəndaşlar yalnız kəsim və satış, satış fəaliyyəti nəzərdə tutulan yerlərdən ala bilərlər. Yalnız kəsim fəaliyyəti nəzərdə tutulan yerlərdə diri heyvanların satışına icazə verilməyəcək. Həmin ünvanlarda vətəndaşlar yalnız öz heyvanlarını gətirib baytarlıq nəzarətindən keçirdikdən sonra kəsib apara bilərlər", - deyə Aparat rəhbəri qeyd edib.
E.Mikayılov qeyd edib ki, bayram günlərində Agentliyin Mərkəzi Aparatının regional bölmələrinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.
Onun sözlərinə görə, ümumilikdə 350-dən çox əməkdaş bayram günlərində bu işə cəlb olunacaq.
"Eyni zamanda, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti orqanların nümayəndələrindən ibarət hər region və kəsim sahəsi üzrə işçi qruplar formalaşdırılıb. Bayram günlərində aidiyyəti dövlət orqanlarının fəaliyyəti koordinasiyalı şəkildə təmin ediləcək.
Siyahısı açıqlanan yerlərdən kənarda qanunsuz kəsim halları müşahidə etdikdə, çox sərt tədbirlər görüləcək. Həm Qida Təhlükəsizliyi Agentliyi, həm hüquq-mühafizə orqanları, həm də yerli icra hakimiyyəti orqanları bununla bağlı zəruri addımlar atacaq. Ona görə də vətəndaşlardan xahişimiz ondan ibarətdir ki, yalnız siyahısı açıqlanmış yerlərdə kəsim və satış həyata keçirsinlər" - deyə, agentlik rəsmisi vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR
Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR
Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
Dəhşətli bir qış gəlir - Havalar...
Sosial müavinətlərlə bağlı AÇIQLAMA
Bakıda ictimai nəqliyyatda YENİ SİSTEM: Metro və avtobusa 90 dəqiqə ərzində ödənişsiz istifadə mümkün olacaq?
33 dərəcə isti, yağış, külək... - Sabahın havası
Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Azərbaycanda işıq pulu LƏĞV EDİLƏ BİLƏR- Mühüm YENİLİK
Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ
Nazir şöbə müdiri təyin etdi