Əsgərimiz itkin düşür, mövqelərimiz atəşə tutulur: Naxçıvan niyə ermənilərin HƏDƏFİNDƏDİR? - ŞƏRH
Xəbər verdiyimiz kimi, iyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
Bir məsələ var ki, Naxçıvan bundan əvvəl bir neçə dəfə erməni tərəfi təxribat törətməyə cəhd göstərib. Bununla yanaşı, iyunun 9-da ə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilib. Bire neçə də Naxçıvan istiqamətində təxribatların törədilməsi və xüsusilə əsgələrin itkin düşməsi ilə bağlı hadisələr yaşanıb. Bunun səbəbi nə ilə bağlıdır? Naxçıvan niyə Ermənistanın hədəfindədir?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, baş verən hadisələrin İrəvanda baş verən etiraz aksiyalarının birbaşa əlaqəsi var:
"Məqsəd Paşinyana əlavə zərbə vurmaq üçün sərhəddə təxribat törətmək və qan tökməyə çalışırlar. Onların açdıqları atəş səhər saat 10-dan axşam saat 6-ya qədər üç yaşayış məntəqəmiz istiqamətində davam edib. Məqsədləri bizim əsgərlərimizin arasında itki olması və Azərbaycanın cavab tədbirlərini görməsi ilə bağlıdır. Bunu da Paşinyanın bir növ "ayağına yazmaq" istəyirlər. Ona görə hesab edirəm ki, ermənilər bu təxribatı məqsədyönlü şəkildə ediblər".
Ekspertin sözlərinə görə, 44 günlük müharibə dönəmində ermənilərin maraq dairəsində olmayıb. Ona görə də, onlar yaxşı başa düşür ki, bizim Naxçıvanda olan imkanlarımız həddindən artıq yüksəkdir:
"Silah-sursat, ordunun imkanları Ermənistanı qısa müddətdə çətin vəziyyətə salmaq gücündədir. Baş verən hadisələri sadəcə olaraq daxildəki maraqlı qüvvələrin təxribatı kimi başa düşürəm. Ona görə Naxçıvan ilə bağlı hər hansı bir əsas yoxdur. Naxçıvan ordumuz və Türkiyə tərəfindən Naxçıvanın təhlükəsizliyi kifayət qədər yüksək şəkildə təmin edilir. Ona görə də ermənilər heç vaxt risk edərək Naxçıvana hər hansı bir addım ata bilməz. Bu onlar üçün böyük fəlakət ilə nəticələnə bilər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər