"Azərbaycanda minimum əməkhaqqı 600 manat olmalıdır" - AÇIQLAMA
Minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə verilən ən aşağı ödəniş olmaqla, qanunla bu sahədə müəyyən edilən sosial normativdir. Məlum olduğu kimi onun mahiyyəti həmin əməkhaqqıya çalışan şəxsin öz minimum tələbatını ödəyə bilməsindən ibarətdir. Hazırda minimum əmək haqqı 345 manat təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərini hazırlayaraq noyabrın 1-dək təqdim edəcəyi gözlənilir. Bəs, minimum əməkhaqqı nə qədər olmalıdır. Bu məbləğ necə hesablanmalıdır?
Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Sonxeber.az-a açıqlama verib.
İqtisadçı bildirib ki, ölkədə minimum əməkhaqqı 600 manat olmalıdır:
"Minimum əməkhaqqının məbləğinin müəyyən edilməsində müxtəlif parametrlərin nəzərə alınmasına ehtiyac var. Burada sadəcə bir şəxsin dolanışıq xərcləri əsas deyil. Azərbaycanda statistik göstəricilər əsasında deyə bilərik ki, bir işçiyə 2 və ya daha artıq vətəndaşın qayğısına qalmaq düşür. Ölkə əhalisi 10 milyon 200 min təşkil edir. Bunların 4 milyon 900 mini əmək fəaliyyəti ilə məşğul olan insandır. Bu o demekdir ki, orta hesabla 1 nəfər 2 şəxs və daha artıq insanın aylıq xərclərini qazandığı məbləğlə ödəməlidir.
Eyni zamanda 2024-cü il üçün ehtiyac meyarının 270 manat olduğunu nəzərə alsaq, təxminən ölkədə "minimum əməkhaqqı 600 manat olmalıdır" deyə bilərik. Təbiii ki,burada 270 manatın özü də bir nəfərin aylıq xərci olaraq mübahisəli məsələdir. 2012 ci ildə hökümət minimum əməkhaqının orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmasını hədəf müəyyən etmişdi. Hazırda orta aylıq əməkhaqqı ölkə üzrə 1000 manata yaxındır -988 manatdır. Bu aspektəndə məsələyə yanaşsaq, bu gün minimum əməkhaqqının 600 manata qədər çatdırılması zərurəti var. Ölkədə minimum əməkhaqqının həddi 600 manat civarında olsa, nisəbətən daha ədalətli və layiqli əmək mühitinin formalaşması müsbət təsir göstərə bilər".
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər