Bakıda sürücü öz yolunu unutdu, polis hərəkətə keçdi
Bakının mərkəzində, Mirzəağa Əliyev küçəsində sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Görüntüdən məlum olur ki, 01-BB-007 dövlət nömrə nişanlı "Toyota Camry" avtomobilinin sürücüsü maşını velosiped zolağı ilə idarə edir.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.
İdarənin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, həmin sürücü aşkarlanaraq barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.
"Qeyd etmək istəyirəm ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, yenə də bəzi sürücülər velosipedçilərin rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan zolaqlarda nəqliyyat vasitələrini park edərək və ya həmin zolaqlarla nəqliyyat vasitəsi ilə hərəkət edərək velosiped və skuter sürənlərin təhlükəsiz hərəkətinə ciddi maneə yaradırlar ki, bu da yolverilməzdir.
Sözügedən görüntüyə gəldikdə isə bildirmək istəyirəm ki, həmin sürücü aşkarlanaraq barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.
Bir daha sürücülərdən xahişimiz ondan ibarətdir ki, qaydalara ciddi əməl etsinlər və bu cür hallara yol verməsinlər", - deyə T.Nəsirli vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1865 Tarix: 17 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. -a danışan iqtisadçı Xalid Kərimli deyib ki, büdcəyə yenidən baxılması ilə bağlı hər hansı qadağa yoxdur:. "Hökumə
13 sentyabrAzərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU
Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Azərbaycanda üç adamdan ikisi oxuduğu mətni başa düşmür. Sitat: "Bu, regiona xas xüsusiyyətdir. Bəlkə də, sovet təhsil siteminin qalıqları ilə bağlıdır. Burada hələ görüləcək işlər çoxdur. Hər 3 nəfərdən ikisi Azərbaycanda minimal nəticə göstərib. Yən
12 sentyabrDəhşətli bir qış gəlir - Havalar...
"Həm payızda, həm də qışın əvvəlində dünyanın orta temperaturu normadan bir qədər yüksək olacaq". Bu sözləri Ölkə.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi Coğtafiya İnstititunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bu il payız mövsümünü
13 sentyabr"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
"Toyota Bakı Mərkəzi"nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, tanışı Tamerlan Əliyevin şikayəti əsasında məsuliyyətə cəlb edilib. Məlum olub ki, Vüsal 2014-cü ildən həmin şirkətdə çalışı
12 sentyabrNazir şöbə müdiri təyin etdi
Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub. Bununla bağlı nazir Məcnun Məmmədov müvafiq Əmr imzalayıb. Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, R.Ənvərli bundan əvvəl "Avrora" şirkətində şöbə müdiri, daha əvvəl isə "Kapita
12 sentyabrBu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ
Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşkil edir. Əmək müqaviləsi il
13 sentyabr