Kredit götürmək istəyənlərə MÜHÜM XƏBƏR - Zamin axtarmaq...

Kredit götürmək istəyənlərə MÜHÜM XƏBƏR - Zamin axtarmaq...Vətəndaş banka kredit üçün müraciət etdikdə bir çox hallarda zamin duran şəxs tələb olunur. Lakin zaman keçdikcə insanlar bir-biri üçün zamin olmaqdan da çəkinirlər. Çünki vətəndaş vəfat etdikdə və ya krediti ödəmədikdə çətinlikdə qalan zaminlər olur. Artıq bu problemin həlli üçün də addımlar atılır. Belə ki, istehlak krediti götürən fiziki şəxslərin həyatının sığortalanması nəzərdə tutulur. Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirib ki, bu yenilik zaminliyə tələbi xeyli azaldacaq. Maraqlıdır, bu yenilik bank sistemində və kredit sahəsində başqa nəyi dəyişəcək?

Sonxeber.az "Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edir:

Bank xərcdən azad olur, vətəndaş isə xərcə düşür

Sığorta eksperti İlkin İbrahimov bildirdi ki, yeni qərar uzun çəkən zaminlik məsələlərini həll etməyə yardımçı olacaq: "Bu qaydanın tətbiqinin məqsədi problemli kreditlərin azalması tədbirlərini daha real şəraitdə həll etməkdir. Yeni qaydanın tətbiqindən sonra zaminliklə bağlı problemlər aradan qalxacaq. Bunun əvəzində vətəndaşın üzərinə daha çox sığorta haqqı qoyulur. Bir tərəfdən könüllüdür, digər tərəfdən isə bank tərəfindən tələb olunur. Əgər sığortanız yoxdursa, kredit əldə edə bilmirsiniz. Yeniliyin tətbiqi banklar üçün problemlərin həllinə səbəb olacaq. Hansı ki, zaminlərlə bağlı aylarla məhkəmələrdə işlər uzanırdı. Bank buradakı xərclərdən də azad olacaq. Vətəndaşların isə hüquqları sağlamlaşacaq. Artıq zaminə ehtiyac olmayacaq, amma müəyyən qədər vəsait ödəməlidirlər ki, sığortalansınlar".

Sığorta yoxdursa, kredit də olmayacaq

İ.İbrahimov sığortanın təşkili qaydalarını da izah etdi: "Vətəndaş və sığorta şirkəti arasında müqavilə bağlanılır. Kredit götürərkən həyat sığortası təklif ediləcək, yaşınızdan, sağlıq durumunuzdan asılı olaraq sığorta haqqı az və ya çox ola bilər. Daha cavan şəxslər üçün şərtlər daha münasib, yaşlı insanlar üçün isə daha çox sığorta haqqı müəyyən ediləcək. Əgər kredit götürüldükdən sonra kredit götürənin başına bir iş gəlsə, onun borcunu sığorta şirkəti ödəyəcək. Yaxud kredit götürən əmək qabiliyyətini itirsə, onun kreditinin müəyyən qismi sığorta şirkəti tərəfindən qarşılanacaq. Sığorta olunmadıqda zamin tələb olunacaq. Vətəndaş bundan da imtina etdikdə, bank kredit verməkdən boyun qaçıracaq".

Bank çətin vəziyyətdə qalır

İqtisadçı Elman Sadıqovun sözlərinə görə, həyat sığortası kredit götürməsəniz də çox faydalıdır: "Hazırda dünyada xəstəliklər, iqlim dəyişiklikləri səbəbindən sığorta sisteminə önəm verilir. Bu baxımdan Azərbaycanda da həyat sığortasının aktuallaşması yaxşı haldır. Bir tərəfdən sığortadan yığılan vəsait ölkə iqtisadiyyatına maliyyə qazandırır, digər tərəfdən vətəndaşlar gələcəyi sığortalamış olurlar".
E.Sadıqovun fikrincə, sığorta sistemindən səmərəli istifadədə banklar da maraqlıdır: "Əgər siz bir istehlak krediti götürüb həyatınızı sığorta etdirirsinizsə, vəfat etdikdə ödəniləcək kredit ailə üzvlərinizin və ya zamin duran şəxsin üzərində qalmır. İndiyə kimi kredit götürən şəxs vəfat etdikdə, onun ailə üzvləri və ya zamin olan şəxs məhkəməyə verilirdi. Ailə üzvləri ilə zamin arasında ciddi narazılıqlar yaranırdı. Kreditin zamin, yoxsa ailə üzvləri tərəfindən ödənilməsi mübahisəyə çevrilirdi. Zamin deyirdi ki, həmin kreditdən vətəndaş və onun ailə üzvləri xeyir görüb, mən niyə ödəməliyəm. Yaxud ailə üzvləri deyirdilər ki, bizim burada hər hansı hüquqi öhdəliyimiz yoxdur. Bu zaman bank çətin vəziyyətə düşürdü. Amma indi ailə üzvləri bu krediti ödəmək məcburiyyətində qalmayacaqlar".

Sığorta haqqının məbləği necə müəyyənləşəcək?

Azərbaycan Banklar Assosiasiyasının eksperti, bank məsələləri üzrə mütəxəssis Qorxmaz Ağayevin sözlərinə görə, yeni qaydalar təkcə kredit götürən vətəndaşlar üçün deyil, həmçinin əmanət qoyan şəxslər üçün də vacibdir: "Bank sisteminin əsas istehsal aləti puldur, daim dövr etməlidir. İstehlak kreditləri qaytarılmadıqda nəticədə əmanətçilərin vəsaitləri də təhlükə altına düşür. Sığorta sistemi olduqda, əmanətçilərin də maraqları qorunmuş olur".

Q.Ağayevin fikrincə, yeni qaydalar tətbiq edilərkən sığorta məbləği vətəndaşın aldığı məbləğdən asılı olaraq dəyişəcək: "Kredit götürən şəxslərə də sərf edəcək bəlli bir sığorta haqqı olacaq. Bu, sığorta müqaviləsi ilə müəyyənləşdiriləcək. Qiymət formalaşarkən vətəndaşın kredit məbləği nəzərə alınmalıdır. Zaminlik barədə qərar müştərinin ödəmə qabiliyyətinin qiymətləndirilməsi nəticəsində veriləcək. Həm yaşam sığortası, həm də zaminlik istənilə bilər. Amma hər bir halda, zaminlə bağlı tələblər bir qədər yumşalacaq".

"Banklar kredit faizlərini aşağı salacaqlar"

Ekspert qeyd etdi ki, bu dəyişiklikdən sonra bank sistemində müəyyən irəliləyişlər qeydə alınacaq: "Bankların istehlak kreditinə olan marağı bir qədər də artacaq. Biləcəklər ki, üzləşəcəkləri problemi sığorta kompensasiya edəcək. Bu zaman istehlak kreditlərinin həcmi böyüyəcək. Bu, kredit faizlərinin aşağı düşməsinə gətirib çıxara bilər. Həm kreditdən daha çox insan yararlanacaq, həm də bank risklərin minimum olduğunu gördükdə, kredit faizlərini aşağı salacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 872   Tarix: 23 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ziya Məmmədov illər sonra toyda göründü - Foto

Ötən gün Gülüstan sarayında sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun nəvəsi Elyarın toy məclisi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, toyda sabiq nazir də iştirak edərək təbriklərini çatdırıb. İşdən çıxarıldıqdan sonra Ucar rayonunda məskunlaşan Z.Məmmədo

4 aprel
.

Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Azərbaycanda aprelin 5-də havanın yağıntılı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhə

4 aprel
.

Tanınmış jurnalistə vəzifə verildi

Mingəçevir Dövlət Universitetində yeni kadr təyinatı həyata keçirilib. Tanınmış jurnalist Firuzə Cəlilova universitetin İctimai əlaqələr və marketinq şöbəsinin müdiri - mətbuat katibi vəzifəsinə təyin olunub. Firuzə Cəlilova Bakı Dövlət Universiteti-nin məzunudur, pedaqogika üzrə fəlsəfə doktorudur v

3 aprel
.

Bu pullar sabahdan kartınızdan SİLİNƏCƏK

Oktyabr-aprel ayları aralığında NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş əməliyyatları zamanı silinməmiş vəsaitlərin 06.04.2026-cı il tarixindən etibarən mərhələli şəkildə silinməsinə başlanılacaq və ictimai nəqliyyatdan istifadə zamanı müvəqqəti məhdudiyyətlər aradan qaldırılacaqdır

5 aprel
.

Azərbaycanda güclü yağışlar gözlənilir - Nazirlikdən əhaliyə müraciət

Bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışların Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcəyi

4 aprel
.

Sağlamlığımıza niyə laqeyd yanaşırıq? - AÇIQLAMA

Gündəlik həyatın sürəti, stress və müxtəlif psixoloji faktorlar bəzən insanları ən dəyərli şey - sağlamlıq qarşısında belə laqeyd edir. Çoxları riskləri bilsə də, yenə də özünə zərər verən davranışlardan imtina etmir. Bəs görəsən nədir bunun səbəbi? . Psixoloq G.Qədirli bu barədə -a açıqlama verib:

3 aprel
.

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana 3-cü humanitar yardım yola salınıb

Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınıb. xəbər verir ki, İrana göndərilə

4 aprel
.

Mayda 14 GÜN İŞ OLMAYACAQ - 2 bayramı bir gündə qeyd edəcəyik

Martda olduğu kimi, mayda da Azərbaycanda qeyri-iş günlərinin sayı çoxdur. 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür. Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü şənbə gününə təsadü

5 aprel
.

Bakı metrosu martda 18 milyondan çox sərnişinə xidmət göstərib

Bu ilin mart ayında "Bakı Metropoliteni" QSC 18 269 887 sərnişinə xidmət göstərib. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur. Ötən ay ən çox sərnişin martın 6-da daşınıb - 796 734 nəfər. Bayram günlərində mərkəz istiqamətind

4 aprel