Epizodik rollarla şöhrət qazanan, az sözlə böyük işlər görən aktyor

Epizodik rollarla şöhrət qazanan, az sözlə böyük işlər görən aktyorİsmayıl Osmanlının adı teatr və kinosevərlərə yaxşı tanışdır. Məşhur Azərbaycan filmlərindəki yaddaqalan obrazlar aktyoru əsl xalq artistinə çevirdi. Bir çox tamaşaçı İsmayıl Osmanlının qəhrəmanı Kələntər dayı obrazına görə çox hiddətlənib. Film ekranlara çıxandan sonra aktyor tamaşaçılardan qəzəbli məktublar alıb...

60 ilə yaxın səhnə fəaliyyətində heç vaxt əsas qəhrəmanları oynamayan, 300-ə yaxın epizodik rolla səhnəyə çıxan İsmayıl Osmanlı SSRİ Xalq artisti fəxri adına qədər yüksəlib...

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

"O, bir məktəb qoyub getdi..."

"İsmayıl Osmanlı 76 il ömür sürüb, 46 ildir haqq dünyasındadır", - deyə Akademik Milli Dram Teatrının qocaman aktyoru, Xalq artisti Rafiq Əzimov xatırlayır: "İsmayıl Osmanlı rəhmətə gedəndən sonra mən bu günə qədər onun qrim otağında, vaxtilə oturduğu stulda otururam. Hər dəfə qapını açıb içəri daxil olanda böyük məsuliyyət hissi keçirirəm. Professor İlham Rəhmli mənim haqqımda yazdığı kitabda epizodik rollar ifaçısı kimi yaradıcılığımı İsmayıl Osmanlının yaradıcılığına bənzədir. Mən bununla fəxr edirəm. Amma o da, mən də tək epizodik rollarda oynamamışıq, baş rollarda da səhnəyə çıxmışıq, çəkilmişik. Elə tamaşalar var ki, biz eyni rolları oynamışıq. "Nişanlı qız" da Qasım, "Ölülər"də Məşədi Oruc, "Aydın"da Mirzə Cavad... Mən bu rolları oynayarkən hər dəfə Osmanlının oyunu gözümün qabağına gəlir. Çalışıram ki, onu təkrar etməyim. O, bütün rollarında böyük ustalıqla çıxış edib, az sözlə böyük rollar yaradıb. Onun bütün rollarında zərgər dəqiqliyi var. İsmayıl Osmanlı aktyor ömrünün sonuna qədər Akademik Dram Teatrının səhnəsində oynayıb. O, teatr tariximizdə şərəfli yer tutduğu kimi, kinomuzda yaratdığı rollar da tamaşaçıların yaxşı yaddaşındadır".

R.Əzimov mərhum aktyorla bağlı bir xatirəsini yada salır: "Bir gün onun oturduğu otağın qarşısından keçirdim. Qapı açıq idi, stulda oturmuşdu, əlində vərəq vardı, nəyəsə deyinirdi. Ayaq saxladım. Məni görüncə "gəl bura görüm...", - deyə çağırdı. Sən demə, "Yeddi oğul istərəm" filmindən sonra ona çoxlu məktublar yazıblar. Əlindəki məktubu uzadıb: "Oxu bunu", - dedi. Məktubda çoxlu təhqiredici ifadələr vardı. Həm utandım, həm də sevindim: "İsmayıl müəllim, görün, bu rolu necə yaratmısınız ki, tamaşaçıya belə təsir edib...", - dedim. Doğrudan da, Kələntər dayı obrazı hara, onun oynadığı komik rollar hara... İsmayıl Osmanlı bir məktəb qoyub getdi..."

"O cür oğlanı öldürdün..."

"Yeddi oğul istərəm" filmindəki Cəlal rolunun ifaçısı Ənvər Həsənov "İsmayıl Osmanlı təkcə gözəl aktyor deyildi, həm də gözəl insan idi", - deyə xatırlayır: "Aramızdakı yaş fərqinə baxmayaraq, biz dost idik. Görüşürdük, çörək yeyirdik, söhbət edirdik". Ə.Həsənov xatırlayır:

"Yeddi oğul istərəm" filmi təzə ekranlara çıxmışdı. İsmayıl dayı "Sovetski" məhəlləsində yaşayırdı. O məhəllədə yaşayanların çoxu "lotuluq" edirdi. Bir gün kinostudiyada məni görüncə qucaqlayıb öpdü, sonra da ağlamağa başladı. Səbəbini soruşdum: "Mən niyə bu filmə çəkildim? "Sovetski"də evdən çıxanda bir dəstə cavan qabağımı kəsdi, çiyinlərimdən tutub silkələdilər, söydülər: "O cür oğlanı öldürdün, niyə o rola çəkilmisən?", - dedilər. İsmayıl dayıya xeyli təsəlli verdim. Amma səhəri gün "Sovetski"yə gedib lotuların başçısı Ənvər adlı adamı tapdım. 5-6 nəfərlə oturub söhbət edirdi. "Nə məsələdir?" - deyə maraqlananda əhvalatı danışdım: "Ağsaqqal kişiyə, gözəl bir aktyora qarşı belə təhqiramiz hərəkət ediblər". Ənvər yanındakılara "gedin, həmin adamları tapıb yanıma gətirin", - deyə hirsləndi. Bir neçə gündən sonra İsmayıl dayı ilə yenidən kinostudiyada üzbəüz gələndə məni sevinclə qucaqlayıb öpdü: "Ənvər, sən neyləmisən? Gəlib əlimi öpdülər, qucaqladılar, üzr istədilər". İsmayıl dayının üzündəki sevinc indi də gözümün qabağındadır..."

"Onu sevməmək mümkün deyildi"

Aktrisa Xalidə Quliyeva İsmayıl Osmanlı ilə iki filmdə çəkilib. "Nəsimi" və "Bakıda küləklər əsir" filmlərində... Hər iki filmdə də aktyor onun atası rolunda oynayıb:

"İsmayıl Osmanlı haqqında danışmaq çox rahatdır. Çünki o, heç kimə oxşamırdı. Onunla çəkiləndə doğma insan təəssüratı yaranırdı. Onu sevməmək, hörmət etməmək mümkün deyildi. Səs tembri tamamilə özünəməxsus idi, pıçıltı ilə danışırdı. Amma bu pıçıltı o qədər inandırıcı idi ki, həm sevgini, həm də nifrət və qəzəbi çatdıra bilirdi. Tamaşaçı da ona inanırdı. İsmayıl Osmanlı təmkinini, sakitliyini yaradıcı heyətə ötürə bilirdi. Onun özgüvəni vardı. Onunla oynayanda biz də özümüzə güvənirdik. Oyununda heç bir pafos yox idi, elə bil özünü oynayırdı. Həm cəlladı, həm Nəimini, həm müharibəyə gedən qızın atasını eyni şövq və inandırıcılıqla oynayırdı. Elə bil bütün rollar boyuna biçilmişdi. Bütün rolları ustalıqla çatdırırdı. O qədər səmimi idi ki, tamaşaçı onun oynadığı obraza laqeyd qala bilmirdi. Həyatda da sadə və təvazökar idi".

Aktrisa "Bakıda küləklər əsir" filmindən bir xatirəsini danışır: "Mən həmin filmdə Solmaz rolunda çəkilmişəm. Gənc olmasına baxmayaraq, Solmaz könüllü müharibəyə gedir. Filmdə anamı Məhluqə Sadıqova, atamı İsmayıl Osmanlı oynayırdı. Bizim Bakı limanında vidalaşma səhnəmiz var. Böyük kütləvi səhnədir. Gəmiyə minməli idim. Pilləkənlərlə düşüb ata-anamla görüşməli idim. Mən bir az emosional aktrisayam. Pillələri qalxıb özümü həyəcanla atamın - İsmayıl Osmanlının üstünə atdım. Hiss elədim ki, diksindi. Həmin an elə bir emosiyanı gözləmirdi. Mən onlarla görüşüb gəmiyə tərəf yollandım. Şadam ki, qismətimə bu cür aktyorlar düşdü. Kino tariximizi yaradan aktyorlarla çəkildim. Onların hər biri bir məktəb idi..."


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 657   Tarix: 24 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıya gətirilərkən yolda öldü - Foto

Ötən gün Beyləqanda baş verən ağır qəzada yaralanan sürücü həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, rayonun Yeni Xocavənd qəsəbəsində baş verən qəzada yaralanan Sabunçu rayon sakini Quliyev Xəqani Xalqəddin oğlu Bakıdakı xəstəxanaya gətirilərkən yolda ölüb. "Hyundai" markal

3 aprel
.

Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

Aprelin 4-ü gündüzdən 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıva

2 aprel
.

Xınalıq və Şahdağa qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır. Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şahbuz, Ordubad, Ağstafa

4 aprel
.

Bakıda 317 minlik DƏLƏDUZLUQ: Xalq artistinin kürəkəni TUTULDU - FOTO

Bakıda qızıl satışı adı ilə 317 minlik dələduzluq edənlə bağlı yeni fakt məlum olub. -a istinadən xəbər verir ki, saxlanılan iki nəfərdən biri - Rüfət Qasımzadə mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkənidir. 13:38. Bakıda qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən ik

4 aprel
.

27 yaşlı oğlanın meyiti tapıldı

Gəncədə 27 yaşlı gənc yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Fikrət Əmirov küçəsində baş verib. 199-cu il təvəllüdlü şəhər sakini Vüqar Sadıxovun meyiti yaşadığı evdən aşkarlanıb. Meyit müayinə olunmaq üçün təhvil verilib. Faktla bağlı şəhər prokurorluğund

4 aprel
.

Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB

Uzun müddət Azərbaycanın siyasi elitasında təmsil olunmuş, 5 il Prezident Administrasiyasında Ramiz Mehdiyevin müavini işləmiş, həmçinin 20 il Prezident Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və bir müddət Baş nazir vəzifəsini tutmuş Novruz Məmmədov daha bir işini itirib. -a istinadən xəbə

3 aprel
.

Sığorta haqları artdı, taksi qiymətləri də qalxacaq?

Azərbaycanda avtomobillərin icbari sığortası sistemi yaxın günlərdə yenilənmiş qaydalarla fəaliyyət göstərəcək. Dövlət tərəfindən qəbul olunmuş qərara görə, bundan sonra risk faktorları əsas götürülərək sığorta haqları daha dəqiq və obyektiv şəkildə hesablanacaq. Xüsusilə taksi sahəsində fəaliyyət göstərə

4 aprel
.

Azərbaycanda 3 uşağa görün kimin adı QOYULUB

Azərbaycanda 3 uşağa misirli ulduz futbolçu Məhəmməd Salahın adı verilib. xəbər verir ki, ötən il ölkədə bir uşağa Salah adı qoyulub. Həmçinin, 2022 və 2023-cü illərdə də iki uşağa ulduz futbolçunun adı verilib. Qeyd edək ki, 33 yaşlı Salah mövsümün sonunda böyük uğurlar qazandığı İngiltərənin "Liverpul"

2 aprel
.

Növbəti yarımfinalçı kim olacaq?

ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda növbəti yarımfinalçının adı məlum olacaq. xəbər verir ki, Kərim Kərimov və Cəlil Əliyevdən sonra 3-cü yarımfinalçının adı bu həftənin şənbə günü keçiriləcək görüşdə məlum olacaq. Belə ki, ¼ mərhələnin 3-cü görüşündə Nəsimi Allahverdiyev və Fariz Zeynalo

3 aprel