"Yerim yoxdur, "padval"da işləyirəm, o vaxt Hacıbala Abutalıbova dedim, dedi ki..."
"Saatsaz peşəsinə maraq o qədər də çox deyil. İnsanlar özlərinə əziyyət verib, zəhmət çəkmək istəmirlər. Ən yaxşısı budur ki, saatsazlığı usta yanında öyrənsinlər. Pulu qazanmaq həmişə var, əsas sənəti öyrənmək lazımdır. Sənətin pisi yoxdur, sənətkarın pisi, yaxşısı var. Bu sənətə qul kimi gəlmişəm, amma padişah kimi gedirəm. Mən dünyada elə bir saat yoxdur ki, onu düzəldə bilməyim. 16 yaşımdan saatsaz işləyirəm. Yəhudi saatsazın yanında 6 ay bu sənəti öyrəndim. İmkanım yox idi ki, ona hörmət edim. Məni başdansovdu öyrətmək istəyirdi. Ona yalvarırdım ki, nə olar mənə bu sənəti yaxşı öyrət də. Məşhur saatsaz olacağımı hələ o illərdən arzulayırdım. Artıq məni bütün Azərbaycan tanıyır" Bunu Moderator.az-a açıqlamasında tanınmış saatsaz Hacı Fətəliyev deyib. O daha sonra əlavə edib.
"Elə saat olub ki, bahalı olub, ehtiyat hissələri tapılmayıb. O saatı müştəriyə qaytarmışam. Nazirlərdən tanınmış şəxslərə qədər müştərim olub. Əsasən bahalı saatlara baxıram. 30, 40, 80 minlik saatlar gətiriblər. 200 minlik saat da təmir etmişəm. Məni sənətim yaşadır. Elə müştərilər də olub ki, saatlarını mənə qədər bir neçə ustaya göstəriblər, amma onlar da düzəldə bilməyib. Sonra gətirib mənə göstəriblər" deyə o bildirib.
Saatsaz Hacı Fətəliyev bildirib ki, hazırda fəaliyyət göstərdiyi yer çox balacadır.
"Tarqovu küçəsində, Rus Dram Teatrının yanında fəaliyyət göstərirəm. Yer çox balacadır. Yay ayında havasız bir otaqda otururam. Demək olar ki, "padval" dayam. Vaxtilə Hacıbala Abutalıbova yer üçün müraciət etmişəm, amma problemimi həll etmədi. Mənə deyib ki, sənə verəcəyimiz yer yoxdur. Halbuki yerdən çox yer var idi. Eldar Əzizova da demişəm, ümid edirəm ki, bu problemim həllini tapar" deyə saatsaz bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1063 Tarix: 24 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y
4 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabr