Qətlə yetirilən üç polisimizə şəhidlik statusu VERİLƏCƏK
Xəbər verdiyimiz kimi, paytaxtın Xəzər rayonun Şüvəlan qəsəbəsində silahlı insident zamanı 3 polis əməkdaşı və 1 mülki şəxs həlak olub. inayətkar 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev hadisə zamanı ailə üzvlərini - həyat yoldaşını, uşaqları irəli verib, onların arxasından polis əməkdaşlarına atəş açıb. Polis əməkdaşları o anda silah tətbiq etməyiblər ki, günahsız insanlar, uşaqlar qurban olmasınlar, özlərini fəda ediblər. Sonra polis əməkdaşları cinayətkarı zərərsizləşdirməklə məhv ediblər.
Hadisə yerində qətlə yetirilən polislərimizə şəhidlik statusu veriləcək? Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekpsert Tərlan Eyvazov bildirib ki, polislərimiz öz vəzifə borclarını yerinə yetirərkən həlak olublar:
"Təbii ki, qanunda müəyyən qaydalar var. Polis nəfəri, təhlükəsizlik orqanlarında çalışan şəxslər vəzifə başında həlak olarkən onlara şəhidlik statusu verilir. Yəni ailəsi dövlət tərəfindən tam təminata götürülür və onların təltifləri üçün müəyyən tədbirlər görülür. Onlar əli silahlı cinayətkarı yaxalamaq üçün atəş açsaydılar mülki vətəndaşa zərər dəyə bilərdi. Onlar mülki vətəndaşları öz canları ilə qoruduqları üçün cinayətkar odlu silahla polislərimizi öldürə bilib. Cinayətkar öz ailəsini girov kimi götürüb. Polislərimizin bu hərəkəti qəhrəmanlıqdır və şəhidlik statusuna bərabər tutulmalıdır".
Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3344 Tarix: 24 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y
4 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabr