Bu ölkədə gündə bir dəfə gülmək qanunla məcburi oldu
Yaponiyanın Yamaqata şəhərində gündə bir dəfə gülmək məcburi öhdəlik kimi qoyulub.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya siyasətçiləri infarktla mübarizə üçün fərqli bir yol tutmağa qərar verib.
Yamaqata şəhərinin şura üzvləri gülüşün infarkt riskini azaltdığına dair elmi araşdırmaya istinad edərək, şəhərdə yaşayn hər kəsin gündə bir dəfə gülməsini məcburi edib.
Sözügedən qanun layihəsini parlamentə çoxluğa sahib olan mühafizəkar Liberal Demokrat Partiyası təklif edib.
Bundan əlavə, müəssisələrə "gülüşlə dolu bir iş mühiti yaratmaq" əmri verilib. Hər ayın səkkizinci günü xüsusi səylə təşviq ediləcək "gülüş günü" olaraq təyin edilib.
Bununla belə, layihə parlamentin müxalifət qanadında olanları qəzəbləndirib və müzakirələrə səbəb olub. Yaponiya Kommunist Partiyasının şura üzvü Toru Seki deyib:
"Gülmək və ya gülməmək, fikir və inanc azadlığı ilə yanaşı, konstitusiya ilə təbii azadlıq kimi təmin edilən əsas insan hüquqlarından biridir".
Müxalifət koalisiyası adından açıqlama verən siyasətçi Satoru İşiquro bildirib ki, səhhətində problem olduğuna görə gülməkdə çətinlik çəkənlərin insan haqları gözardı edilməməlidir.
Qeyd edək ki, Yamaqata Tibb Məktəbinin alimləri 5 il əvvəl araşdırma apararaq gülüşün ürək-damar xəstəlikləri riskini azaltdığını aşkar ediblər. 17 152 nəfərin məlumatlarını araşdıran araşdırma "Journal of Epidemiology" də dərc olunub.
Yamaqata gülüşlə bağlı hərəkətə keçən yeganə Yaponiya bölgəsi deyil. Hokkaydoda da 8 avqustu gülüş günü seçib. Ayın 8-nin gülüş günü seçilməsi isə 8/8-in yapon dilində "haha" kimi tələffüz edilməsi ilə bağlıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?