İxtisas seçimi üçün pul ÖDƏMƏLİYİK? - VİDEO
Kimi ixtisas seçimini abituriyent üçün 50 manata edir, kimisi də 200 manata. Hətta indidən bəzi müəllimlər depozit olaraq abituriyentdən müəyyən ödəniş alıb, onun üçün növbə təyin edirlər. Ali məktəblərə qəbul demək olar ki, bitmək üzrədir. Yaxın günlərdə abituriyentlər üçün daha önəmli bir proses - yəni ixtisas seçimi başlayacaq. Bəs bu necə baş verir?
Sonxeber.az xəbər verir ki, bununla əlaqədar "Xəbər Ertəsi"nin əməkdaşları bəzi şirkətlər ilə əlaqə saxlayıb. Bildirildi ki, xidmət 50-200 manat arası, hətta daha yuxarı qiymətə təklif olunur:
"Biz də minimum qiymət 200 manatdır. Əvvəlcədən 50 manatdan depozit qoymaq lazımdır. Qoyulan depozit geri qaytarılmır. Yerdə qalan 150 manat isə xidmətdir. Nəticələr elan olunduqdan sonra özümüz məlumat veririk".
Təhsil eksperti Vüsal Kərimlinin sözlərinə görə, orta məktəblərdə karyera planlaması olmadığı üçün abituriyentlər bu dönəmdə çıxılmaz vəziyyətdə qalırlar. Son 3 ilin ixtisas ballarını analiz etməklə və universitetləri araşdıraraq prosesi həyata keçirmək mümkündür.
Ətraflı "Xəbər ertəsi"nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 799 Tarix: 12 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabr