Taksi sürücülərinin "zolaq etirazı"- "Maşınları da fikirləşmək LAZIMDIR" - VİDEO
Paytaxtdakı avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər ictimai nəqliyyatda bir sıra maneələr yaradır. Bundan sonra avtobus zolağına girənlər avtobuslarda quraşdırılan kamera vasitəsilə çəkiləcək.
Paytaxtın tıxac problemi illərdir ki, öz həllini tapmır. Tıxacdan yaxa qurtarmaq istəyən mini avtomobillər avtobus zolaqlarına daxil olur ki, bu da böyük bir xaosa səbəb olur. Bu hallar ilə hər yerdə rast gəlmək mümkündür. Bəs qarşısını almaq üçün hansı tədbirlər həyata keçirirlər? Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı "Apa TV"nin əməkdaşları araşdırma aparıb.
Avtobus zolaqlarına girmə halları ən çox Bakı-Sumqayıt yolunda müşahidə edilir. Xırdalan dairəsində də durum acınacaqlıdır. Çünki Binə-Masazır və Xırdalandan gəlirlər və tunel yoxdur. Yük maşınlarıda avtobusların hərəkətinə maneələr yaradır:
"Edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər avtomobil zolaqlarına daxil olmaqla avtobusların hərəkətinə maneə yaradırlar. Bu da öz növbəsində yolverilməzdir və inzibati məsuliyyət yaradır. Digər nəqliyyat vasitələrinin avtobus zolağına daxil olaraq hərəkət etməsi İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində, həmin zolaqda nəqliyyat vasitəsinin dayanması isə həmin məcəllənin 346.1-ci maddəsinə əsasən 20 manat məbləğində cərimədir".
Ətraflı "Apa TV"nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 996 Tarix: 12 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabr