Hindistanda müəllim ev tapşırığını yerinə yetirməyən şagirdin dişini çıxardı
Müəllim ev tapşırığını yerinə yetirmədiyi üçün şagirdi çubuqla döyüb və dişini çıxarıb.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, hadisə Hindistanda, Uttar Pradeş ştatının Ray Bareli şəhərində baş verib.
Məhəmməd Asif adlı müəllim 10-cu sinif şagirdinə hücum edib. Yeniyetmə şəxsi məsələlərə görə ev tapşırığını yerinə yetirə bilmədiyini deyib.
Bu, Asifi qəzəbləndirib və o, çubuq götürərək şagirdi döyüb. Yeniyetmə üzündən çoxsaylı zərbələr alıb və dişini itirib. Zərərçəkənin sinif yoldaşları hadisə barədə dərhal məktəb direktoruna məlumat veriblər və o, təcili yardım çağırıb. Şagird xəstəxanaya aparılıb və bir gün sonra evə buraxılıb.
Eyni zamanda uşağın atası Asifin əleyhinə polisə ərizə yazıb. Müəllim həbs edilib. Məktəb rəhbərliyi də hadisə ilə bağlı daxili araşdırmaya başlayıb. Yerli camaat şagirdin tərəfinə keçərək müəllimin ciddi şəkildə cəzalandırılmasını tələb edib. (Oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 927 Tarix: 12 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib
Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale
11 sentyabrSabah hava necə olacaq?
Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21 isti, gündüz 26-3
12 sentyabrBu yay dənizdə batan tanınmış azərbaycanlılar (SİYAHI)
2026-cı ilin yayında Azərbaycanda dənizdə baş verən boğulma hadisələri arasında cəmiyyətə tanış simaların da adları yer alıb. Bu il dənizdə həyatını itirənlər sırasında media əməkdaşı, müstəntiq və müğənni də olub. Qaynarinfo -a istinadən həmin şəxsləri xatırladır:. Məqsəd Məmmədli. Bu il dənizdə həyatın
12 sentyabrDəhşətli bir qış gəlir - Havalar...
"Həm payızda, həm də qışın əvvəlində dünyanın orta temperaturu normadan bir qədər yüksək olacaq". Bu sözləri Ölkə.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi Coğtafiya İnstititunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bu il payız mövsümünü
13 sentyabrSosial müavinətlərlə bağlı AÇIQLAMA
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 52,9 %-ni kişilər
13 sentyabr33 dərəcə isti, yağış, külək... - Sabahın havası
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, havanın temperaturu gecə 18-21 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiqi 76
13 sentyabr