ELMAN RÜSTƏMOV MALİYYƏ PROBLEMİ YAŞAYIR? - "Səba" şirkətinin qiymətli aktivləri satışa çıxarılır
Uzun illərdir Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun biznes imperiyasının tərkib hissəsi kimi təqdim edilən "Səba" ASC-nin, deyəsən, ciddi maliyyə problemləri yaranıb.
"AzPolitika" xəbər verir ki, şirkətin səhmdarlarının 29 iyul tarixinə təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyinə ASC-nin aktivlərinin bir hissəsinin satılması məsələsi salınıb. Buraya şirkətə aid torpaq sahələri, digər şirkətlərdəki payları və səhmləri daxildir.
Beləliklə, gündəlikdə duran məsələlər aşağıdakılardır:
1. "Səba" ASC tərəfindən emissiya edilmiş səhmlərin bir qisminin geri alınması haqqında.
2. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılması haqqında.
3. "Biləsuvar Aqro" MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılması haqqında.
4. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Qarabağ Taxıl" MMC-nin iştirakçısı olduğu "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı paylarının satılması haqqında.
5. "Səba" ASC-nin mülkiyyətində olan Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən torpaq sahələrinin "Azerbrood" MMC-yə satılması haqqında.
Xatırladaq ki, rəsmən sözügedən şirkət Elman Rüstəmovun yaxın adamı kimi tanınan Natiq Quliyevə aiddir. Bu biznes imperiyasında həmçinin, "Honda", "Mazda", "Mitsubisi" şirkətlərinin Azərbaycandakı nümayəndəliyi, Qarabağ Taxıl, Biləsuvar AQRO, Abşeron damazlıq və digər şirkətlərin daxil olduğu barədə məlumatlar var. Bu sıraya əlbəttə ki, Rüstəmovun himayə etdiyi deyilən "Bank Respublika" da aiddir.
Yuxarıda qeyd edilən iclasın gündəliyinə nəzər yetirdikdə "Səba"-nın çətin maliyyə durumuna düşdüyünə dair təsəvvür yaranır. Əks halda, şirkətin özünün əhəmiyyətli aktivlərini satması səbəbini izah etmək çətindir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?