Əyləncə yoxsa ÖLÜM: Dənizə getmək uzaqlara üzmək demək deyil!

Əyləncə yoxsa ÖLÜM: Dənizə getmək uzaqlara üzmək demək deyil!Xəbər verdiymiz kimi, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə 3 nəfərin batması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda batdığı ehtimal olunan şəxslərin, 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlu, 2008-ci il təvəllüdlü Aslanov Abid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Göründüyü kimi, boğulmalar hər yerdə, hər an ola bilər. Suda boğulma və batma halları ən çox azyaşlılar və yeniyetmələrdə rast gəlinsə də, böyüklərdə boğulma halları müşahidə olunur. Boğulma gözdən qaçan qlobal ictimai sağlamlıq problemidir. Boğulma zamanı suya batmadan əvvəl suyun üstündə mübarizə aparmaq orta hesabla 20-60 saniyə çəkir. Ölümün baş verməsi 3-4 dəqiqəyə bərabərdir. Boğulma dünyada ən sürətli ölüm növlərindən biridir. Edilən xəbərdarlıqlara baxmayaraq, hələ də vətəndaşlar bu mövzuya etinasız yanaşır. Bəs boğulma hallarına qarşı necə mübarizə aparaq?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan onkoloq-həkim, tibb elmləri doktoru, professor və səhiyyə eksperti Adil Qeybulla bildirib ki, dənizdə boğulmaların böyük bir səbəbi insanların məsuliyyətsizliyidir:

"Sərxoş vəziyyətdə dənizə girmək, uzaqlara getmək, həmin yerdə şəxsin qıcolma və başqa əlamətləri olduqda, heç bir kömək edən tapılmır və boğulur. Bundan başqa zəlzələ vaxtı Xəzər dənizinin sahillərində müəyyən yarğanlar var. Bəzən insanın ayağı ora düşür və üzə bilməyən adamlar orada boğula bilirlər. Bütün bunlara görə, çox ehtiyatlı olmaq lazımdı. Dənizə gedən insanlar yaxşi olar ki, tək olmasınlar. Onlar bir-birini müşahidə etməlidir. Çimərlikdən ayrılmış yerdən uzağa getmək qəti qadağandır. Kiminsə hansısa bir xəstəliyi varsa mütləq şəkildə bu adamlar ilə bağlı həkim rəyi olmalıdır. Eyni zamanda onunla gedən şəxsin yanında adam olmalıdır".

Ekspertin sözlərinə görə, dənizə getmək uzaqlara üzmək demək deyil. Dənizə getmək dəniz vannası qəbul etmək deməkdir. Bunu insanlar unutmamalıdır:

"Əfsuslar olsun ki, bəzən biz cavan uşaqları dənizdə boğulmalara görə itiririk. Bu da ölkəmiz üçün ağır itkidir. İnsanlar məsuliyyətli olmalıdır və ciddi yanaşmalıdır. Bəzən elə situasiyalar yaranır ki, dalğıclar özləri boğulmuş adamı tapmaqda çətinlik yaşayırlar. Dalğaların intensiv vaxtı olur. Məsləhət görülməyən havalarda dənizə gedilməməlidir. Bəzən olur ki, şəxs özü günvurma halında olur və bunu özü hiss etmir. Dənizə elə halda girən adamın vəziyyəti daha da pis olur. Bu zaman huşunu itirmə baş verə və şəxs boğula bilər. Çoxsaylı səbəblərə görə insanlar diqqətli olmalıdır. Dənizdə çimməyi sıradan bir hadisə kimi yox, müəyyən tələbləri gözləyərək oraya daxil olmalıdırlar".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1118   Tarix: 12 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr