Market rolunu oynayan piyada İŞIQFORLARI - VİDEO
Paytaxta piyadaların, görmə qabiliyyəti məhdud olan insanların yolu qarşı tərəfə təhlükəsiz keçmələri üçün bəzi nizamlanan piyada keçidlərində sensor və ya düymə ilə idarə olunan işıqforlar quraşdırılıb. Bunlar quraşdırılan zaman piyadaların sevincinə səbəb olsa da, onların sevinci çox da uzun çəkməyib. Bəzi ərazilərdə bu qurğuların işləməməsi piyadaların hərəkətini çətinləşdirir. Belə faktlardan biri də Xətai rayon ərazisində - Xudu Məmmədov küçəsindədir.
Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı "ATV Xəbər"in əməkdaşları süjet hazırlayıb:
"Aparatlar işləmir. Eyni zamanda piyadaların keçməsi üçün piyada xətti belə yoxdur. Bunlar bizim üçün problemdir. Biz görüb keçirik. Amma görməyən insanlar nə etsin?".
Məsələ ilə bağlı aidiyyəti qurumlardan bildirilib ki, qeyd edilən ünvanda işıqforun işıq siqnallarının işləməsinə baxmayaraq səs siqnallarında texniki problem yaranır. Mərkəz tərəfindən problemin həll edilməsi istiqamətində işlər görüləcək.
Ətraflı "ATV Xəbər"in süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 898 Tarix: 07 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabr