Qazilər bu həcmdə müavinət ala biləcəklər, qocalıq pensiyası isə... – Şad xəbər
Orta aylıq əməkhaqqının artırılması digər amillərə mütləq təsir edir. Eyni zamanda minimum əməkhaqqı və digər sosial ödənişlərin artırılması məsələsi də gündəmdədir. Müharibə veteranlarına ödənilən 80 manatlıq ödənişin iki dəfə artırılıb 160 manata çatdırılması da təkliflər arasındadır.
Bunu Milli Məclisin deputatı Əli Məsimli deyib.
O qeyd edib ki, müharibə iştirakçılarına aldıqları 80 manatlıq ödənişin üzərinə 100 manat da əlavə etməklə bu ilin oktyabrından bu həcmdə müavinətin verilməsi mümkündür:
"Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara görə, ölkəmizdə minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmalıdır. Hökumət bunu hədəf kimi götürüb. Məhz mərhələlərlə minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizinə çatdırılması istiqamətində addımlar atılmaqdadır".
Millət vəkili hesab edir ki, hazırda ölkəmizdə minimum əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti 34-35 faiz səviyyəsindədir:
"345 manat səviyyəsində olan minimum əməkhaqqının artırılması artıq vacib amillərdən biridir. Bununla müqayisədə isə ölkədə orta aylıq əməkhaqqı artıq 1000 manatlıq səviyyəni keçib. Belə olduğu halda atılacaq addımlar nəticəsində minimum əməkhaqqının 600 manata qədər çatdırılması nəzərdə tutulur".
Əli Məsimliyə görə, minimum əməkhaqqının səviyyəsini bu həddə çatdırmaq hökumət üçün çətinliklər yaradarsa, bunu mərhələlərlə etmək mümkündür:
"Ölkədə qurulmuş pensiya mexanizminə də yenidən baxılması vacibdir. Çünki pensiya kapitalının həcmi getdikcə artır. Minimum pensiya məbləği böyükdükcə başqa göstəricilər yaranır. Beləliklə, qısa zamanda pensiya kapitalı 28,8 manatdan, 40 min manata yüksəlir. Bununla da pensiya yaşı çatan insanların bir hissəsi həmin kapitalı toplaya bilmədiyinə görə onlar qocalıq müavinəti almalı olur. Qocalıq müavinətinin səviyyəsi isə bir şəxsin minimum tələbatını ödəməyə imkan vermir".Referans.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1089 Tarix: 07 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2 gün leysan yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında sentyabrın 12-13-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı
12 sentyabr"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
"Toyota Bakı Mərkəzi"nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, tanışı Tamerlan Əliyevin şikayəti əsasında məsuliyyətə cəlb edilib. Məlum olub ki, Vüsal 2014-cü ildən həmin şirkətdə çalışı
12 sentyabrSentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQ
Türkiyədə övladı məktəbə yeni başlayan valideynlər üçün maraqlı bir təşəbbüs tətbiq olunur. "Uyğunlaşma həftəsi" çərçivəsində valideynlər uşağın məktəbə ilk günlərində yanında olmaq üçün gün ərzində 3 saata qədər işdən icazə ala biləcəklər. Məqsəd uşağın yeni mühitə daha rahat uyğunlaşmasın
12 sentyabrDəhşətli bir qış gəlir - Havalar...
"Həm payızda, həm də qışın əvvəlində dünyanın orta temperaturu normadan bir qədər yüksək olacaq". Bu sözləri Ölkə.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi Coğtafiya İnstititunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bu il payız mövsümünü
13 sentyabrHikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin tələbələri ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, universitetin Hüquq fakültəsinə 600-dən yuxarı bal toplayara
11 sentyabrBu yay dənizdə batan tanınmış azərbaycanlılar (SİYAHI)
2026-cı ilin yayında Azərbaycanda dənizdə baş verən boğulma hadisələri arasında cəmiyyətə tanış simaların da adları yer alıb. Bu il dənizdə həyatını itirənlər sırasında media əməkdaşı, müstəntiq və müğənni də olub. Qaynarinfo -a istinadən həmin şəxsləri xatırladır:. Məqsəd Məmmədli. Bu il dənizdə həyatın
12 sentyabr