Bazarda saxta "zeytun" yağı var - Seçərkən aldanmayın!

Bazarda saxta "zeytun" yağı var - Seçərkən aldanmayın!Bazarda saxta "zeytun" yağı aşkarlanıb.

Bu barədə Yenisabah.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat verib:

"AİİB-ə istehlakçılar hər həftə şübhələndikləri ərzaq və sənaye mallarının nümunələrini gətirirlər. dirnaq modelleri

Sonuncu gətirilən nümunə satış qiyməti 44.55 manat olan 5 litrlik yaşıl fonlu metal qabda qablaşdırılmış, üzərində ağ böyük şriftlərlə "Vero Greco", Olive Blended Oil (Zeytun qarışığı yağı, bu söz Azərbaycan dilinə tərcümə olunmayıb), Selected Quality (Seçilmiş keyfiyyət) yazılmış zeytun yağı idi.

Qablaşdırmanın üzərində yetişmiş meyvələr olan zeytun ağacının budağı, çox kiçik şriftlərlə diqqəti az cəlb edən yerdə "Blend of 51% pomace olive oil& corn oil (Qarışıq 51% pomace zeytun yağı&qarğıdalı yağı) yazılıb.

İstehlakçının şübhə etdiyi və bilərəkdən kiçik şriftlərlə yazılmış –"pomace zeytun yağı" ifadəsi diqqətimizi çəkdi.

Araşdırmalardan sonra məlum oldu ki, bu ifadənin mənası o deməkdir ki, bu yağ zeytunun soyuq sıxılmasından sonra əldə olunan keyfiyyətli "Extra Virgen" yağınının xammalının qalıqlarından yəni jmıxından termik və kimyəvi yolla alınan "yağdır".

Zeytun yağına dair beynəlxalq qurum bu yağları süni yağ hesab edib.

Zeytun jmıxından hazırlanmış və dünyanın müxtəlif ölkələrində satılan bu yağların elektron kataloquna nəzər yetirdikdə 300 növdən çox müxtəlif etiketlərlə satılan yağlar arasında Azərbaycanda satılan "Vero Greco" yağı yoxdur və əksər etiketlərdə böyük şriftlərlə "Pomace olive" yəni jmıxdan hazırlanmış yağ yazılıb".

Onun sözlərinə görə, baha qiymətə satılan bu yağ zeytun yağı hesab olunmur:

""Vero Greco" mal nişanı ilə əhaliyə baha qiymətlə zeytun yağı adıyla satılan yağ, əslində, tərkibində ən çox 8 % zeytun yağı olan, qalanı naməlum yağların qarışığı olan süni yağdır.

Araşdırmaların obyektivliyinə nail olmaq üçün bu yağın qabı üzərində yazılmış elektron poçtu [email protected] ünvanına şübhələrimiz barədə suallarımızı göndərdik, lakin cavab yoxdur!

www.VeroGreco.com saytına müraciət etdik, lakin heç bir məlumat tapılmadı.

Malın üzərində yazılmış və yuxarıda qeyd etdiyimiz Ştrix-kodu beynəlxalq axtarış sistemində araşdırdıq və məlum oldu ki, belə bir ştrix-kod heç bir müəssiəyə verilməyib, yəni saxtadır!

Malın etiketində yazılan məlumata inansaq, bu yağları Azərbaycana Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov küçəsi 11 ünvanda yerləşən "Aqro Vest DC" MMC idxal edir.

Qeyd olunan yağın araşdırılması, markalanmasının qanunvericiliyimizin tələblərinə uyğunluğunun müəyyən olunması üçün "Azad İstehlakçılar" İctimayi Birliyi (AİİB) artıq rəsmi məktubla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri, cənab Qoşqar Təhməsliyə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova müraciət edib".

E.Hüseynov alıcılara zeytun yağı alarkən diqqət etməli olduqları məqamları qeyd edib:

"Zeytun yağlarının alışı zamanı istehlakçılar bəzi məqamlara diqqət etməlidirlər.

Üzərinə "Virgin" yazılmış zeytun yağı fiziki üsulla sıxılan, ən yaxşı və ən təbii, çiy halda istifadə edilən məhsul sayılır. Bu yağ salatların, sousların, yeməklərin üzərinə əlavə etmək üçündür.

Üzərinə "Extra virgin" yazılan zeytun yağı "Virgin" kateqoriyasına aid olan ən keyfiyyətli yağdır. Bu yağ maksimum 27 dərəcə temperaturda alınır. Turşuluq dərəcəsi 1 faiz təşkil edir. Bu yağ da çiy halda istifadə edilmək üçündür.

Üzərinə "Refinado" yazılmış zeytun yağı rafinə edilmiş, saflaşdırılmış məhsuldur. Bu yağların sənaye emalı vasitəsi ilə dad keyfiyyətləri yaxşılaşdırılır, ləzzəti artırılır və turşuluq nisbəti aşağı salınır. Rafinə zeytun yağı xörəkləri bişirmək, qızartmaq üçündür.

Əgər zeytun yağını xörək hazırlamaq üçün alırsınızsa rafinə edilmiş zeytun yağını seçmək məsləhətdir. Onun yanma temperaturu 240-270 dərəcədir. Çiy istifadə üçün isə "Virgin" kateqoriyasından olan yağlara üstünlük verilməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 577   Tarix: 07 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr