Azərbaycanın seçici sayında rekord
Sentyabrın 1-də Azərbaycan növbədənkənar parlament seçkiləri keçiriləcək. Qanunvericiliyə görə, 18 yaşı tamam olmuş hər kəs aktiv seçki hüququna malikdir. Yəni seçki günü yaşı 18-dən yuxarı olan hər kəs səs verə bilər. Məcəllədə bildirilir ki, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər bu hüquqdan məhrumdur.
Modern.az-ın məlumatına görə, budəfəki parlament seçkilərində Azərbaycanda seçicilərin sayı rekord həddə çatıb.
Belə ki, 2024-cu il iyunun 28-nə olan məlumata əsasən, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 444 nəfər seçici var.
Sonuncu parlament seçkilərində seçici siyahılarına 5.4 milyon nəfərə yaxın şəxsin adı daxil edilmişdi. Beləliklə, sonuncu parlament seçkiləri ilə müqayisədə bu il seçicilərin sayı təxminən 18 faiz artıb.
Ölkəmizdə ilk prezident seçkiləri 1991-ci ildə keçirilib. Həmin seçkilərdə Azərbaycanda 3.6 milyon seçici qeydiyyatda olub. Son 32 ildə Azərbaycanda seçicilərin sayı 1.7 dəfə çoxalıb.
1992 və 1993-cü illərdə keçirilən prezident seçkiləri zamanı seçicilərin sayı 4 milyondan bir qədər artıq olub. 2013-cü il seçkilərinə qədər seçicilərin sayı 5 milyona qədər artıb və həmin il keçirilən prezident seçkilərində 5.2 milyon nəfərə çatıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 821 Tarix: 07 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabr