Azərbaycanda dövlət standartı yeniləndi
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) ISO 9000:2015 "Quality management systems. Fundamentals and vocabulary" beynəlxalq standartı əsasında AZS ISO 9000:2024 "Keyfiyyəti İdarəetmə Sistemləri. Əsas müddəalar və lüğət" dövlət standartını qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
"Məlum olduğu kimi, Keyfiyyəti İdarəetmə Sistemləri (KİS) müəssisə və təşkilatların fəaliyyətini müvafiq sahələr üzrə qanunvericilik və beynəlxalq tələblərə uyğun təşkil etmək, o cümlədən müştəri məmnuniyyətini təmin etmək üçün tətbiq olunan əsas prinsipləri və metodları əhatə edir. KİS-in effektiv tətbiqi və davamlı təkmilləşdirilməsi üçün müvafiq terminologiyanın düzgün anlaşılması və istifadə edilməsi əsas məsələlərdən biridir.
Yeni dövlət standartının tətbiqi keyfiyyəti idarəetmə sahəsində vahid terminologiyadan istifadə etməklə müəssisə və təşkilatlarda digər idarəetmə sistemləri ilə qarşılıqlı əlaqəni təmin edəcək və KİS-in effektiv və səmərəli şəkildə tətbiq edilməsinə imkan yaradacaq", - deyə Dövlət Xidməti bəyan edib.
Sözügedən dövlət standartı "Uyğunluğun qiymətləndirilməsi" standartlaşdırması üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirəyə çıxarılıb və institut onu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?