Ukrayna ordusu Kursk vilayətində bir neçə kəndi nəzarətə götürüb
Rusiyanın Kursk vilayətində vəziyyət son dərəcə gərgindir.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın bır sıra teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, Ukrayna ordusu ötən gecə ərzində davam edən şiddətli döyüşlər nəticəsində Kursk vilayətinin Sudja rayonu ərazisindəki Nikolaevo-Daryino və Sverdlikovo kəndlərinə nəzarəti ələ keçirib. Oleşynya yaşayış məntəqəsində isə vəziyyət gərgin olaraq qalır. Ukrayna ordusunun hücumu zamanı Rusiya tərəfindən azı 5 dinc sakin ölüb, 28 nəfər yaralanıb. Tibbi personalın məlumatına görə, yaralıların əksəriyyəti dinc sakinlərdir.
O da bildirilir ki, Ukrayna hərbçiləri hücumun arealını daha da genişləndirməklə bağlı tapşırıq alıblar. Bun əsas məqsədi müdafiə xəttini yararaq, daha çox əraziyə nəzarəti təmin etməkdir. Ukrayna tərəfi həmçinin, Qoqolevskaya və Qonçarovka qəsəbələrinə nəzarəti təmin edib. Kanallar onu da yazır ki, hazırda Rusiya ərazisində Ukrayna ordusunun 2000 nəfərədək şəxsi heyəti var. Kursk vilayətinin qubernatoru Aleksey Smirnovun sözlərinə görə, Ukrayna tərəfinin əsas məqsədi rayon mərkəzinə yaxın ərazilərdə möhkəmlənmək, eləcə də "Kurçatov" AES-i ələ keçirməkdən ibarətdir.
Döyüşlər nəticəsində Ukrayna ordusuna məxsus 16 ədəd zirehli maşın və iki ədəd "Buk" zenit-raket kompleksi zərərsizləşdirilib. Bölgədə vəziyyətin mürəkkəbliyini ərazidə olan hərbi jurnalistlər də təsdiqləyiblər.
Bildirilib ki, gecə ərzində Ukrayna tərəfinin 12 ədəd zirehli texnikası sıradan çıxarılıb. Onların sözlərinə görə, baş verənlər qarşı tərəfin hücumları daha da genişləndirəcəyini, eləcə də Rusiyanın ərazisinin bir hissəsini işğal etmək istədiyini göstərir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?