Qalmaqallı icra başçısına hökm çıxaran hakimin iş yeri dəyişdirildi
Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin sayı artırılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmov sözügedən məhkəməyə ezam edilib.
Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki hakim yaxın vaxtlarda təqaüdə çıxacaq. Onlardan biri Əhməd Quliyevdir. E.Rüstəmov Ə.Quliyevin olduğu tərkibə daxil edilib.
Binəqədidə mebel sexində baş vermiş yanğına görə ittiham olunan Tağı İbrahimov və Toğrul Rzayevin işinə Elmin Rüstəmovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Elmin Rüstəmov ictimaiyyətin diqqət mərkəzində olan bir sıra cinayət işlərini araşdırır. Onların arasında Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun işi də var. Onun çıxardığı hökmə əsasən, qalmaqallı icra başçısı 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 778 Tarix: 07 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabr