Azərbaycanlı tələbə ABŞ universitetindən 850 min manatlıq təqaüd qazandı

Azərbaycanlı tələbə ABŞ universitetindən 850 min manatlıq təqaüd qazandıAzərbaycanlı tələbə ABŞ-nin nüfuzlu universitetlərindən birinə qəbul olub.

Ölkə.Az xəbər verir ki, Toğrul Ağbabalı ABŞ-nin Nyu York Dövlət Universitetində maliyyə ixtisası üzrə $500.000 dəyərində tam təqaüd proqramını qazanıb.

Toğrul Ağbabalı 2018-ci ildə Bakı şəhəri 43 saylı liseyi fərqlənmə diplomu ilə bitirib.

O, həmin il İstanbul Texniki Universitetinin Nyu York Dövlət Universiteti ilə ortaq ikili bakalavriat programının Menecment fakültəsinə daxil olub.

İstanbul Texniki Universitetindəki iki illik təhsil müddətini fakultə birincisi kimi adı Yüksək Şərəf Kitabına daxil edilməklə bitirib, maksimum təhsil təqaüdü əldə etməklə Nyu York Dövlət Universitetində təhsilini davam etdirib.

O, buradakı təhsil dövründə Universitetin Yatırım Fondunun (Hawk Investment Fund) böyük analitiki vəzifəsini icra edib, ətraf mühitin qorunması üzrə Strateji Planlaşdırma və Qiymətləndirmə Şurasının universitet üzrə "səfir"lərindən biri kimi fəaliyyət göstərib.

T.Ağbabalı ikili bakalavriat proqramını fakültə birincisi olaraq bitirib.

Daha sonra o, 2022-ci ildə Corc Vaşinqton Universitetinin Maliyyə üzrə magistr programına yüksək təqaüdlə daxil olub.

Bu dövrdə Toğrul həm də maliyyə dərslərininin tədrisində professor köməkçisi kimi çalışıb, araşdırma assistenti olaraq seçilən tələbələrdən olub.
O, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının 2022-ci il payız və 2023-cü il yazında Vaşinqtonda keçirilən iclaslarında iştirak etmək hüququ qazanan yeganə azərbaycanlı tələbə olub.

Corc Vaşinqton Universiteti Azərbaycanlı tələblər birliyinin vitse-prezidentidir. Magistr təhsilini 2024-cü ildə 4 mümkündən 4 bal toplayaraq bitirdiyinə görə "Charles and Florence Diehl" adına təsis olunan xüsusi sertifikata və pul mükafatına həmin il universitet üzrə layiq görülən yeganə məzun olub.

Magistr təhsilini bitirdikdən sonra ABŞ-ın nüfuzlu universitetləri olan Nyu York Dövlət Universiteti, Alabama Dövlət Universiteti və Florida Beynəlxalq Universitetlərindən tam təqaüdlə doktorantura təhsil almağa dəvət alıb.

Hazırda təhsilini maliyyə üzrə doktorantura səviyyəsində Nyu York Dövlət Universitetində davam etdirir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 686   Tarix: 07 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr