Qəri Counz Əli Əsədova məktub ünvanlayıb
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağında yeni dördölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramının birinci mərhələsinin başa çatması münasibətilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova məktub ünvanlayıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Məktubda icra müddəti 5 il nəzərdə tutulan layihənin bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramı olduğu vurğulanıb.
Bildirilib ki, seysmik tədqiqat proqramının məqsədi AÇG yatağının arxitektura və maye kontaktının dinamikası barədə ətraflı məlumat əldə etməkdir. Qeyd olunub ki, tədqiqatın aparılması AÇG tərəfdaşlarına gələcəkdə yatağın işlənilməsini səmərəli şəkildə optimallaşdırmağa kömək edəcək.
Q.Counz məlumat verib ki, 2024-cü ilin yanvar ayında başlanmış birinci seysmik tədqiqat qrafiki qabaqlamaqla və nəzərdə tutulandan daha az büdcə sərf etməklə tamamlanmışdır.
AÇG yatağının gələcəyinin təmin edilməsində mühüm addım olan bu tədqiqatı dəstəklədiyinə görə Azərbaycan hökumətinə minnətdarlıq bildirilib.
Eyni zamanda Azərbaycan ilə bp arasında sıx əməkdaşlığın davam edəcəyinə əminlik ifadə olunub.
Cavab məktubunda Baş nazir Əli Əsəvov Azərbaycan hökuməti ilə bp arasında uzun illərdir davam edən səmərəli əməkdaşlığın növbəti uğur hekayəsi olan bu tədqiqat proqramının həyata keçirilməsinə bp şirkətinin və bütün tərəfdaşların töhfəsini yüksək qiymətləndirib.
Birgə səylərlə adıçəkilən proqramın növbəti mərhələlərinin də uğurla icra olunacağına və gələcəkdə AÇG yatağının neftvermə potensialının maksimum reallaşdırılmasına xidmət edəcəyinə əminlik ifadə olunub.
Vurğulanıb ki, Azərbaycan Prezidenti tərəfindən hökumət qarşısında qoyulan prioritet vəzifələrə uyğun olaraq, bp-nin ölkəmizdəki fəaliyyətinə və qarşılıqlı faydalı əməkdaşlığa bundan sonra da davamlı şəkildə lazımi dəstək göstəriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?